Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-219/2025 27.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçisi) X1 iştirakı ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərinsə anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 27 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs icra sənədi üzrə 58400 (əlli səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclaslarında iştirak edən Daşkəsən rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2601/2025 nömrəli, xx.xx.2025-cı il tarixli icra sənədi üzrə Şəxs 58400 (əlli səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitininın alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icra olunması barədə borclunun ünvanına könüllü bildiriş göndərilmiş həmin ünvanda yaşamadığı üçün məktub geri qaytarılmışdır. Elektron icra sistemində borclunun adına qeydiyyatı olan telefon nömrələrinə zəng vurulmuş, sms bildirişlər göndərilmiş lakin şəxslə əlaqə saxlamaq mümkün olmamışdır. Şəxslə əlaqə saxlamaq mümkün olmadığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində olan vaxt borcluya icra sənədində qeyd olunmuş borcunun ödənilməsinə dair könüllü bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Borcu verdiyi izahatında həmin icra sənədindən xəbəri olmadığı və həmin pul vəsaitini ödəməyəcəyini bildirmişdir. Bununla bağlı borcluya xəbərdarlıq olunmuş və barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qeyd olunan qətnamədən xəbəri olmamış və ona bu barədə məlumat verilməmişdir. Polis əməkdaşları tərəfindən Daşkəsən rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində olan zaman borcu olmasından xəbəri olmuşdur. Qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamır. Gəncə şəhərində kirayə mənzildə qalır. Ola bilər qeydiyyat ünvanına hər hansı məktub və bildiriş göndərilmiş olsa da bundan məlumatı olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tərəfindən ona olan borcun ödənilməsini tələb edir. Borc ödənilməyəcəyi halda ona qarşı şikayətçi olacağını bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili (müdafiəşisi) X2 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin qeyd olunan icra səndi ilə Daşkəsən rayon İcra və probasiya şöbəsində olan zaman məlumat olmuşdur. Hazırda şəxs ümumiyyətlə çıxarılmış qətnamədən xəbəri olmadığını bildirir. Odur ki. şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarından göründüyü kimi, Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün icra sənədinin icrası ilə bağlı məlumatı olmamış və könüllü bildiriş xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon İcra və probasiya şöbəsində olan zaman ona verilmişdir. Bildirişdə icra üçün 10 gün müddət göstərilmiş olsa da, həmin gün şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, icra sənədi icra edilməmiş olsa da bunun üzürsüz səbəbdən baş verməsi halları aşkar olunmur. Odur ki, məhkəmə hesab etmişdir ki, borclunun hərəkətlərində borcun ödənişindən qərəzli yayınma halları mövcud deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-219/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-219/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver