Məhkəmə qərarları › İş №3(030)-22/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-22/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-22/2023 06.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibiliyi, Daşkəsən RPŞnin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Daşkəsən rayonu Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Daşkəsən rayonu Çanaxçı kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin xx.xx.2022-ci il tarixli TQ-nun qərarı ilə Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində olan zaman münaqişə zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Məhkməmədən Şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində yaşadığı evində olmuş,təsərrüfatında olan heyvanlara nəzarət etmişdir.Qonşusu Nərminəni uzaqdan görmüş lakin həmin günü və başqa tarixlərdə o Nərminə ilə söhbət etməmiş, Nərminəni vurmamış, ona qarşı heç bir fiziki ağrı yetirməmişdir. Nərminə ilə illərdir danışmır və küsülüdür. Nərminənin özü-özünə xəsarət yetirmiş və qərəzli olaraq onun barəsində şər-böhtan xarakterli şikayət etmişdir. Məhkəmədən inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində ona məxsus olan ev quşu qonşusu Qalibin evinin həyətinə girmişdir.Bunu görən Qalib onunla mübahisə etmiş və o, Qalibə bir daha ev quşunun onun evinin həyətinə girməyəcəyinə və ev quşuna şəxsən nəzarət edəcəyini bildirsə də, Qalib onun sözlərinə əhəmiyyət verməyərək ünvanına söyüşlər söyməyə başlamışdır. Daha sonra mübahisə zamanı əsəblərini çilovlaya bilməyib onu vurmuşdur. Odur ki, məhkəmədən ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi 06 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində münaqişə zəmnində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın TQ-nun təhqiqatçısı, polis kapitanı X3 12 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, toplanmış HK-1/941 nömrəli materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Daşkəsən RPŞ-nın İTB-yə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, №368 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət –sağ baldır nahiyəsinin qançır və sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddəti qərarın təsvir hissəndə göstərilən tarixə ,yəni xx.xx.2022-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir.Zərər çəkmişin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, 22 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Daşkəsən rayonu Çanaxçı kəndi ərazisində olan zaman qonşusu Zərərçəkmiş şəxs ilə münaqişə zəmnində aralarında yaranmış mübahisə zamanı Şəxs qonşusu Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Göründüyü kimi tədqiq edilmiş sübutlar birbirini tamamlayaraq Zərərçəkmiş şəxs ekspert rəyində göstərilmiş dərəcəsi təyin edilməyən xəsarətin məhz Şəxs tərəfindən yetirildiyini və bunun nəticəsində Zərərçəkmiş şəxs fiziki ağrı yetirildiyini təsdiq edir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmaq üçün heç bir cəhd göstərməməsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar