Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-22/2025 03.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində ona məxsus olan 99KJ729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhər DYP əməkdaşı saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq işıqforun qırmızı işığında keçdiyini bildirmiş, o, isə etiraz etmişdir. Bu zaman polis əməkdaşı avtomobilin önünə keçərək öz mobil telefonu ilə şəkilini çəkmiş və xidməti avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Həmin vaxtdan sonra ona heç bir bildiriş və məlumat verilməmişdir. Oğluna özünə məxsus avtonəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə vermək istədikdə, cəriməsi olduğu bilmişdir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYPŞ-nə yaxınlaşıb, cərimə yazıldığını, lakin qərar yazılmadığı məlumatı verilmişdir. O, Gəncə şəhər DYPŞ polis mayoru X4 protokolun surətini və ya hər hansı görünütü tələb etsədə, heç biri ona təqdim olunmamışdır. Odur ki, barəsində tərtib olunmuş AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 ilə AR İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə olunmasına dair AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X1 şəhəri 1-ci mikrorayon ərazisində “Mitsubishi Pajero” markalı 99KJ729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi tələblərinə riayət edilməməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə prosessual qənaət və işlərə ağlabatan müddətdə baxılması prinsiplərini, AR İXM-nın inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsinə dair müddəalarını rəhbər tutaraq, məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə belə qənaətə gəlir ki, rəsmi qaydada göndərilmiş bildiriş və məktublara Gəncə şəhər BPİ-nin DYPŞ-si tərəfindən heç bir cavab verilməməsi, inzibati xəta üzrə olan materialların məhkəməyə göndərilməsinin tələb olunmasına baxmayaraq hərəkətsizlik göstərilərək materialların təqdim olunmaması inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan halların müəyyən edilmədiyinə, inzibati xəta hadisəsinin, inzibati xəta törətməkdə şəxsin təqsirinin, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halların sübut olunmamasına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, X3 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair AR DİN Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilsə də, Gəncə şəhəri 1-ci mikrorayon ərazisində “Mitsubishi Pajero” markalı 99KJ729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etməsinə dair heç bir videogörüntü yoxdur. Bu baxımdan protokol əsassız olaraq tərtib olunduğuna görə ləğv edilməli və inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən (inzibati xəta hadiəsi olmadığına görə) xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən şikayətə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilir və ya qərar ləğv edilərək yeni qərar çıxarılır. Göründüyü kimi, X3 barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, protokol qanunveriiciliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu baxımdan X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Həmçinin, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 53.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası AR DİN Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-22/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-22/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver