Məhkəmə qərarları › İş №3(030)-221/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-221/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-221/2025 29.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakına, satış məqsədi olmadan az miqdarda əldə edilməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olaraq Daşkəsən rayon Polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Respublika Narkoloji Mərkəzinə aparılmış və sidiyindən götürülmüş analiz nümunasindən narkotik vasitə aşkar edilmişdir. O, analizin rəy cavabı ilə razı olaraq xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Astaf kəndində narkotik bitkidən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Polis şöbəsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, faktla əlaqədar Daşkəsən rayon PŞ- də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlaməti olduğundan barəsində həmin mmaddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətanı törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onun narkotik vasitədən istifadə etməsindən şübhəli bilərək Daşkəsən RPŞ-ya gətirmişlər. Onun narkotik vasitə qəbul edib-etməməsini aydınlaşdırmaq üçün xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində yerləşən Narkoloji Mərkəzə aparılmış və sidiyindən götürülmüş test nümunəsindən marixuana aşkar edilmişdir. O, testin nəticəsi ilə razıdır. Belə ki, ondan biriki gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Barəsində Daşkəsən rayon PŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan narazı deyildir. Əməlindən peşman olduğunu, üç uşağı olmasının nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 3267/2025 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan THC (marixuana) aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötürü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərardan naraqzı olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 17:00-dan inzibati qaydada tutulmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-259/2024 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Cinayət işi üzrə icraata xitam verilməsi barədə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(066)-16/2025 saylı qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikasının 128 və 178.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)- 191/2024 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Beləliklə iş sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə narkoloji dispanserdə müayinədən keçməsi zamanı narkotik vasitədən istifadə etmiş olması tibbi müayinəsi haqqında rəy ilə müəyyən olunmuşdur. O, narkotik vasitəni qəbul etməsini izahatlarında etiraf etmişdir. Tibb müayinəsi haqqında rəy və “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarla razı olduğunu bildirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati həbs olunsun. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, 28 avqust 2025-ci il saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar