Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-222/2025 02.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon Yol patrul xidmətinin etibarnamə üzrə nümayəndəsi baş serjant X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən rayon X17 Patrul Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikası İXMin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs “X10” MMC-yə məxsus yol kənarında yerləşən hasara toxunmaqla həmin hüquqi şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında Daşkəsən rayon Yol patrul xidmətinin etibarnamə üzrə nümayəndəsi baş serjant X7 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Şəxs idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla bağlı isə şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx.xx.2025ci il tarixdə saat 22:00 Daşkəsən rayonu Xoşbulaq kəndində sürücülük hüququ olmadan və sərxoş halda idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq gölün kənarındakı hasarlara dəyərək dayanmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Öhdəsində üç uşağı var, hər biri yetkinlik yaşına çatmayandır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyə hazırdır, ona görə də onun ailə vəziyyətini və digər qeyd edilən xüsusatları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 067-25/t nömrəli rəydən görünür ki, X10 MMC-yə dəymiş zərərin bazar qiyməti 60 (altmış), manat, işçilik bərpa xidmətləri isə 40 (qırx) manat müəyyən olunur. X10 MMC-yə dəymiş cəmi zərər 100 (yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xüsusi texniki vasitənin nəticəsinə dair 05673 nömrəli qəbzdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 22:26da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,417 promilli olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, Şəxs şəxsin sürücülük vəsiqəsi yoxdur. Həmçinin xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəüllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmamış üç övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs sərxoş vəziyyətdə, avtomobil idarəetmə hüququ olmadan “VAZ 2107” minik markalı avtomobili xx.xx.2025-ci il tarixdə, təxminən saat 22:00 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndində idarə etdiyi zaman idarəetməni itirərək yolun kənarında gölün hasarlarına dəyərək dayanmışdır. Nəticədə “X10” MMC-yə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş X2 əməlini etiraf etməsini, səmimi peşmançılığını, ailə vəziyyətini və himayəsində yetkinlik yaşına çatmamış üç uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, eləcə də ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-222/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-222/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver