Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-223/2025 03.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili (müdafiəçi) X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Daşkəsən rayonu Qazaxyolçular kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 03 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Namazov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-68/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 1727 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)- 68/2024 saylı icra vərəqəsi üzrə xx.xx.2012-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs aylıq qazancınn ¼ hissəsi miqdarında aliment tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 1727 (min yeddi yüz iyirmi yeddi) manat məbləğində aliment borcu qalmışdır. Bununla bağlı borcluya xəbərdarlıq olunsada icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı verilmiş və polis əməkdaşlarının köməyi ilə icra şöbəsinə gətirilməsi mümkün olmuşdur. Borclu icra şöbəsində olan zaman yaranmış aliment borcundan ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən, borclu barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir. İnzibati protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra zərərçəkmiş şəxslə borclu arasında ödənişlərlə bağlı razlıq əldə olunmuş və borclu tərəfindən hazırda 400 manat zərərçəkmiş şəxsin adına olan kart hesabına ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Övladının biri onun himayəsindədir və onunda maddi tələbatlarını ödəyir. Aliment borcundan hazırda 400 manat tələbkarın adına olan kart hesabına köçürmüşdür. Qalan aliment borcundan hər ayın əvvəli ödəyəcəkdir. Hazırda bu cür ödəniş olunması ilə bağlı zərərçəkmiş şəxslə razlığa gəlmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs tərəfində aliment borcundan onun adına olan kart hesabına hazırda 400 manat ödəniş olunmuşdur. Qalan aliment borcunun hər ayın əvvəli 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə borclu ilə razlığa gəlmişlər. Aliment borcu hər ay borclu tərəfindən razlşdırılmış şəkildə ödənilməyəcəyi halda ondan şikayətçi olacaqdır. Hazırda borcluya qarşı heç bir şikayət yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili (müdafiəçi) X2 çıxışında bildirmişdir ki, hazırda tərəflərin alimentin ödənilməsi ilə bağlı razlığa gəldiklərini və zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayətinin olmamsını iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatlarını və vəkilin çıxışını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, borclu Zərərçəkmiş şəxs olan aliment borcundan hazırda 400 manat ödəniş etmişdir. Qalan aliment borcununda hər ay hissə-hissə 300 manat olmaqla ödənilməsinə dair razılıq əldə olunmuş və zərərçəkmiş şəxs şikayətçi olmadığını bildirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Qeyd olunanlar borclunun əməlində üzürsüz səbəbdən qərəzli yayınma hallarını istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-223/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-223/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver