Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-226/2023 20.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayon, Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 08 sentyabr 2023-cü il tarixdə Daşkəsən şəhəri H.Əliyev prospektində «OPEL VECTRA MİNİK» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən istifadə etməklə idarə etmişdir. Bununla da Şəxs AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, 08 sentyabr 2023-cü il tarixdə Daşkəsən H.Əliyev prospektində «OPEL VECTRA MİNİK» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtomobilinin sığortası olmadığı üçün nömrənin üzərini lenta ilə yapışdıraraq görünüşü çətinləşdirib radar vasitəsi ilə cərimə olunmaqdan yayınmaq istəmişdir. Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektorları Daşkəsən rayon ərazisində onu saxladaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın görünüşünü çətinləşdirən örtüklərdən istifadə etməklə idarə etdiyini bildirmiş və barəsində protokol tərtib olunmuşdur. Hal-hazırda etdiyi əməldən peşmandır və məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan foto şəkildən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi «OPEL VECTRA MİNİK» markalı avtomobilin **-BJ-*** dövlət qeydiyyat nişanın üzərini yapışdırıcı lentadan istifadə edərək görünüşünü çətinləşdirmişdir. İşdə olan Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 tərtib etdiyi 08 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 sentyabr 2023-cü il tarixdə saat 10:30-da «OPEL VECTRA MİNİK» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü çətinləşdirən örtüklərdən istifadə edilməsi hallarına yol verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı Daşkəsən RPŞ-nın DYPB-nın YPX inspektoru X1 tərtib etdiyi 08 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, fotoşəkillər, o cümlədən işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli AR İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. AR İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-226/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-226/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver