Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-23/2025 11.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayət vermiş şəxs Daşkəsən rayon X6 direktoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından Daşkəsən rayon X6 direktoru X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə Daşkəsən rayon X6 direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətal Məcəlləsinin (bundan sonra AR İXM) 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 izahatında göstərmişdir ki, Daşkəsən rayon X6 işçisi İlahə Cəlilova xx.xx.2024-cü il tarixdə onun barəsində DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət etmişdir. Nəticədə yoxlamalar aparılmış və o, xx.xx.2024-cü il tarixli qərara əsasən 1000 (bir min) manat məbləğində inzibati cərimə edilib. Lakin, barəsində tərtib olunmuş protokol və qərarda qanuna zidd sübutlara istinad olunmuşdur. Belə ki, əslində o, işçiləri iş vaxtından artıq saatlarda işdə saxlamamışdır. Sadəcə işçilərin iş vaxtları hesablanarkən həmin saatlar cədvəldə bir saat az göstərilməmişdir. Rayonda bir çox bayram tədbirləri mərkəzin qarşısındakı meydanda keçirilir. O cümlədən 8 noyabr “Zəfər Günü” öncəsi 7 noyabr 2024-cü il tarixdə bayram tədbirinin təşkil olunması işinə yaxından köməklik göstərmişlər. Özü həmin axşam saat doqquza qədər orda olmuşdur. O, işçilərin əmək hüquqlarını pozan hərəkətlərə yol verməmişdir. Odur ki, X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsassız olmuşdur. Məhkəmə X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əmək müfəttişi X8 tərtib etdiyi inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolunun surətindən görünür ki, X5 tərəfindən X4 2024-cü ilin yanvar ayından dekabr ayınadək iş günü hesab edilməyən günlərin və ümumxalq hüzn günü öncəsi iş günün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısadılmamış, bununla da AR ƏM-nin 108-ci maddəsinin tələbi pozulmuş, nəticədə AR İXM-nin 198.1.5-ci və 192.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi, X3 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X5 tərəfindən X4 2024-cü ilin yanvar ayından dekabr ayınadək iş günü hesab edilməyən günlərin və ümumxalq hüzn günü qabağı iş günün müddəti həftəlik iş günlərinin sayından aslı olmayaraq bir saat qısadılmamışdır. Bununla bağlı X5 barəsində AR İXM-nin 192.4-cü maddəsini rəhbər tutularaq protokol tərtib edilmiş və o,1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin məzmunundan göründüyü kimi işçilərin iş vaxtından artıq işləməsi qanunla yolverilən sayılır. Lakin, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Həmçinin, işçilər iş vaxtından artıq işlərə cəlb edildikləri halda, onlara iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlardan əlavə olaraq məhkəmə qeyd edir ki, , inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolunun surətindən göründüyü kimi X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əməkdaşları iş vaxtı qısaldılmalı olan günlərdə barəsəndə protokol tərtib etdikləri şəxsin iş yerində olmamışlar və pozuntu hesab etdikləri halları həmin günlərdə və yerində aşkar etməmişlər. Bunlarla bağlı sübutlar toplamamışlar. Onlar protokol tərtib edərkən iş vaxtını bildirən sənədlərə əsaslanmışlar. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs isə protokolda qeyd olunmuş izahatında göstərmişdir ki, qısaldılmış iş günlərində işçiləri bir saat tez buraxmışdır. Lakin, bunları davamiyyət cədvəlində qeyd etməmişdir. Belə olan vəziyyətdə də şəxsin barəsində inzibati tənbeh tətbiq oluna bilməzdi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcələnin 135.1.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını müəyyən etdikdə inzibati xəta haqqında qərarı ləğv edə bilər. Həmin Məcələnin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini müəyyən etdikdə inzibati xəta haqqında qərarı ləğv edə bilər. Həmin Məcələnin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibatı xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, X2 əməlində AR İXM-nin 192.4cü madddəsinin tərkibi olmadığına görə inzibati tənbeh barədə qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114, 128-130, 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv olunsun, inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-23/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-23/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver