Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-232/2025 11.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X10 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən,ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində narkotik vasitələrdən (marixuana) istifadə etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X11 RPŞ-inı raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən RPŞ-nin DYPD-nin YPX inspektoru, polis baş selantı Asif Məmmədovla birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində xidmətdə olarkən, saat 22:05 radələrində “Ravon Nexia R3” markali 77-17-785 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü işıq cihazından istifadə qaydalarını pozduğunu görə tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra sürücü adı onlara sonradan məlum olan X3 törətdiyi inzibati xətanı izah edərkən, o, və avtomobildə əyləşən iki sərnişin X6 və X9 özlərini şübhəli apardıqlarına, spirli içki qoxusu gəlməsədə sərxoş vəziyyətdə olmaları hiss olunduğuna görə barələrində araşdırma aparılması üçün Daşkəsən RPŞ-nə dəvət etmişdir. Daşkəsən RPŞ-yə gələn zaman aparılan profilaktik söhbət zamanı sürücü X4 narkotik vasitə istifadə etdiyini etiraf edərək üzərində də narkotik vasitə olduğunu bildirmişdir. X6, X4 və Şəxs barəsində tədbir görülməsi üçün adiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raport xx.xx.2025-ci 1 tarixdə Daşkəsən Rayon Polis Şöbəsinin “Törədilmiş və hazırlanan cinayətlər” barədə məlumatların qeydiyyatı kitabında 634 nömrə ilə qeydə alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı X2 üzərində şəxsi axtarış aparılarkən sonuncuya məxsus əynində olan tünd-göy rəngli cins, şalvarın sol çibindən siqareüün gümüşü kağızına bükülmüş. təmiz çəkisi 0,366 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək üzərindən götürülmüşdür. 02 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət araşdırma zamanı tibbi müayinədən keçirilmiş X5 metanfetamin və digər psixotrop maddələrdən istifadə etdiyi müəyyən edilmişdir. Daşkəsən RPŞ-də onunla profilaktiki söhbətlər aparılan zaman narkotik vasitədən istifadə etdiyini səmimi etiraf edib. O, Gəncə şəhərində olan narkoloji dispanserə aparıldıqda sidiyinin analiz nümunasindən narkotik vasitə aşkar edilmişdir. O, analizin rəy cavabı ilə razı olaraq marixuanadan istifadə etdiyini etiraf etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Daşkəsən rayon Polis sahə rəisi X10 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X9 ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, o, ali təhsillidir. xx.xx.2025-ci il tarixdə spirtli içki içdikdən sonra narkotik vasitə olan marixuana qəbul etmişdir. Yaxın vaxtlarda ailə quracaqdır. Həbsdə olacağı gələcək ailə həyatının qurulmasına mənfi təsir göstərə bilər. Etdiyi əməldən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməuyəcəyini bildirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 2863/2025 nömrəli protokoldan görünür ki, X1 narkotik vasitə (THC) marixuana aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq X5 əməli Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində narkotik vasitə qəbul etmişdir. Bununla da o, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi, X9 qeyd edilən əməl üzrə təqsirinin müəyyən edilməsi üçün həmin şəxs narkotik vasitələri, psixotrop maddələri istehlak etməsi, yəni onlardan istifadə etməsi, yaxud da satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi müəyyən edilməlidir. X9 tərəfindən narkotik vasitədən istifadə etməsi, onun etirafedici izahatı ilə yanaşı analiz nümunəsi ilə də müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məhkəmə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X9 inzibati xəta törətməsini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən X5 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhər İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-232/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-232/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver