Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-238/2023 18.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədriliyi, X1 iclas katibliyi ilə, xx.xx.1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Qazaxyolçular kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 11 avqust 2023-cü il tarixdə Daşkəsən-Xoşbulaq yolunun 10-cu km-də malqaranın asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Şəxs AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə hər hansı vəsatət verməmişlər. AR İXM-nın 61 və 62-ci maddələrinin tələblərinə uyğun olaraq işə Daşkəsən RPŞnın DYPB-nin nümayəndəsinin, zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan Daşkəsən RPŞ-nın DYPB-nın xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, xx.xx.2023-cü tarixdə saat 21:00 radələrində Daşkəsən- Xoşbulaq yolunun 10-cu km-də Şəxs özünə məxsus olan mal-qaranı asfalt örtüklü yolla ötürülməsi qaydalarını pozmaqla zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və nəticədə AR İXM-nın 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. AR İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 (on) faizi miqdarında ödənişdən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 (bir) faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 (iki) aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-238/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-238/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver