Məhkəmə qərarları › İş №3(030)-239/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-239/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-239/2023 18.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Daşkəsən rayonu Zivlən kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən rayonu Zivlən kəndi ərazisində Zərərçəkmiş şəxs evinin qarşısında küçədə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, X3 izahatında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərmişdir ki, özünə məxsus təsərrüfatında olan heyvanları örüş-otlaq sahəsinə aparan zaman məcbur olub Zərərçəkmiş şəxs evinin alt hissəsində yerləşən yoldan keçirir. xx.xx.2023-cü il tarixdə yenə də təsərrüfatında olan heyvanları apararkən təsadüfən bir neçə heyvan Zərərçəkmiş şəxs həyətinə daxil olmuşdur. O, heyvanları oradan çıxaran zaman Həsənlə aralarında mübahisə yaranmış və Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söymüşdür. O, isə Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Daşkəsən rayonu Zivlən kəndində yerləşən evində olarkən Şəxs məxsus qoyun sürüsünün onun evinin həyətinə girdiyini gördüyü üçün Şəxs bu barədə iradını bildirmiş və qoyunları həyətindən çıxarmasını tələb etmişdir. Bir qədər vaxt keçdikdən sonra Şəxs yenidən onun yaşadığı evə gələrək evinin qarşısında küçədə durub ucadan nalayiq söyüşlər söymüş və onu yanına çağırmışdır. Şəxs onun evinin qarşısında dayanıb uca səslə söyüşlər söyməsini evində işləyən ustalar İqbal, Vidadi və Əşrəf də görmüşdür. Bu zaman o, evdən çıxıb Ələddinin yanına getmək istəyərkən Əşrəf ona mane olmuşdur. O, Ələddinə qarşı heç bir nalayiq ifadə işlətməmiş, onu təhqir etməmiş, qeyri-qanuni heç bir hərəkətə yol verməmiş, sadəcə olaraq sakit formada öz iradını bildirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Daşkəsən rayonu Zivlən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə Şahid3 və Şahid2 ilə birlikdə təmir işi görərərkən Zərərçəkmiş şəxsla Şəxs arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş, Həsən də ona cavab qaytarmışdır. Daha sonra Həsən Ələddindən oranı tərk etməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da, Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Daşkəsən rayonu Zivlən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə Şahid1 və Şahid2 ilə birlikdə təmir işi görərərkən Zərərçəkmiş şəxsla Şəxs arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs söyməmişdir. Həsən sadəcə olaraq Ələddindən oranı tərk etməsini tələb etmişdir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs AR İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətdikləri üçün onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, X1 tərtib etdiyi 04 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictiami qaydanı pozaraq İXM-nın 510-cu maddəsinin tərkibini yaratmış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxsnın barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs törətdiyi inzbati xəta üzrə özünü təqsirli bilməsə də, bu iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, o cümlədən protokola və ona əlavə olunmuş sənədlərlə tamamilə təkzib edilmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi məqsədə uyğundur. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar