Məhkəmə qərarları › İş №3(030)-240/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-240/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-240/2025 01.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu Mədənçilər qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-392/2024 saylı xx.xx.2024-cü il tarixli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-384/2024 və Daşkəsən Rayon Notariat Ofisinin 8i-534 saylı xx.xx.2024-cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən 3036 manat və 918 manat məbləğlərində kredit borcu Zərərçəkmiş şəxs2 ASCyə və 528 manat məbləğində borcu isə "xxxx" MMC-yə ödənilməli olduğu halda ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-384/2024 və Daşkəsən Rayon Notariat Ofisinin 8i-534 saylı xx.xx.2024-cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən 3036 manat və 918 manat məbləğlərində borcu Zərərçəkmiş şəxs2 ASC-yə və 528 manat məbləğində borcu isə "xxxx" MMC-yə ödənilməli olduğu halda ödəməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış adına hər hansı əmlak aşkar olunmamışdır. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi vəziyyətinin ağırlığından borclarını tam ödəyə bilməmişdir. Hər ay 100 manat məbləğində ödənişlər edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, həmçinin işlə bağlı hər hansı müraciət daxil olmamışdır.Sədirlik edən işə zərərçəkmiş şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə inzibati xəta haqqında 18 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-392/2024 saylı xx.xx.2024-cü il tarixli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-384/2024 və Daşkəsən Rayon Notariat Ofisinin 8i-534 saylı xx.xx.2024-cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən 3036 manat və 918 manat məbləğlərində kredit borcu Zərərçəkmiş şəxs2 ASCyə və 528 manat məbləğində borcu isə "xxxx" MMC-yə borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-392/2024 saylı xx.xx.2024-cü il tarixli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 384/2024 və Daşkəsən Rayon Notariat Ofisinin 8i-534 saylı xx.xx.2024-cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən 3036 manat və 918 manat məbləğlərində kredit borcu Zərərçəkmiş şəxs2 ASC-yə və 528 manat məbləğində borcu isə "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tağıyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Tağıyev X3 Rayon Məhkəməsinin 2(030)-392/2024 saylı xx.xx.2024-cü il tarixli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-384/2024 nömrəli və Daşkəsən Rayonb Notariat Ofisinin 8i-534 saylı xx.xx.2024-cü il tarixli icra vərəqləri üzrə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. İcra sənədlərini müəyyən edilmiş qaydada icra etməmiş, yaranmış borclarından ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin hərəkətləri düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 30.2, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Daşkəsən Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar