Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-243/2025 23.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu Zinzahal kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1966/2024 saylı xx.xx.2024-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-578/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 1128 (bir min yüz iyirmi səkkiz) manat məbləğində aliment borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1966/2024 saylı xx.xx.2024-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-578/2023 saylı xx.xx.2023cü il tarixli icra vərəqləri üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 1128 (bir min yüz iyirmi səkkiz) manat məbləğində aliment borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Borclu 2025-ci ilin may və iyul aylarında hər dəfə 50 manat olmaqla cəmi 100 manat ödəniş etmişdir. Bundan sonrada borclu borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış adına hər hansı əmlak aşkar olunmamışdır. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi vəziyyətinin ağırlığından aliment borcunu tam ödəyə bilməmişdir. İkinci qrup əlildir. Hər ay digər uşağının saxlanılması üçün əliliyinə görə aldığı pensiyasından 150 manat aliment tutulur. İşləmədiyi üçün qalan pensiya məbləği ilə özünü güclə dolandırır. İşləmədiyi üçün ödəniş edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uşaqların ehtiyaclarını qarşılanmasında çətinlik çəkir. Borcun hissə-hissə ödənilməsinə razı olduğunu, ancaq borclu bu təklifi də qəbul etməyərək borcu ödəməkdən qəsdən yayındığını bildirmişdir. Aliment borcu vaxtında və tam şəkildə ödənilmədiyindən məhkəmədən şəxsin inzibati tənbeh olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Şəxs Elektron Məhkəmə Sistemində gəliri barəsində verilmiş elektron sorğundan görünür ki, Şəxs 2-ci qrup əlildir və əlilliyə görə 250 manat məbləğində pensiya alır. İş üzrə inzibati xəta haqqında 23 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1966/2024 saylı xx.xx.2024-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-578/2023 saylı xx.xx.2023cü tarixli icra vərəqlərinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 1128 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1966/2024 saylı xx.xx.2024-cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-578/2023 saylı xx.xx.2023-cü tarixli icra vərəqlərinə əsasən borclunun 1128 manat aliment borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1966/2024 saylı xx.xx.2024cü il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-578/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqləri üzrə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra qeydi ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Qətnamələri icra vərəqləri ilə müəyyən edilmiş qaydada icra etməmiş, yəni 1128 manat məbləğində aliment borcundan ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin hərəkətləri düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 30.2, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Daşkəsən Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-243/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-243/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver