Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-244/2025 25.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mən, Daşkəsən Rayon Məhkəməsinin hakimi X5, Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏNETDİM: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. X1 RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) şikayət və ya protest verə bilər. İşdə olan sənədlərdən görünür ki, inzibati xəta Göygöl rayonu ərazisində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, X3 tərəfindən Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 129.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: X3 tərəfindən Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-244/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-244/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver