Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-246/2023 18.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X2 iclas katibliyi Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7, tələbkar X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, A.Ələsgər küçəsi 16-da qeydiyyatda olmaqla, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 18 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-453/2022 saylı icra sənədi üzrə borclu Şəxs X3 1219 manat məbləğində aliment borcu vardır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 bildirmişdir ki, Əsgərov X10 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-453/2022 saylı icra sənədi üzrə xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh Şəxs hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat məbləğində alimenti tələbkar X3 ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X3 1219 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1064/2023 saylı qətnaməsinə əsasən iddiaçı Şəxs 16 may 2008-ci il təvəllüdlü X6 görə son 17 ay ərzində hesablanmış aliment borcundan azad olunması, 16 may 2008-ci il təvəllüdlü X9 atası Şəxs himayəsinə verilməsi qət edilmişdir. Məhkəmədən bu halların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-453/2022 saylı icra sənədinə əsasən, tələbkar X3 olan borcunu hər ay vaxtında ödəyir. Belə ki, uşağın biri hazırda onun yanında qalır. Ona görə də bir uşağa görə aliment ödəyir. Onun barəsində Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)- 1064/2023 saylı qətnaməsinə əsasən iddiaçı Şəxs 16 may 2008-ci il təvəllüdlü X6 görə son 17 ay ərzində hesablanmış aliment borcundan azad olunması qət edilmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-453/2022 saylı icra sənədinə əsasən, Şəxs ona 1219 manat borcu vardır. Məhkəmədən borcun ödənilməsi barədə tədbirlər görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)- 1064/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs 16 may 2008-ci il təvəllüdlü X6 görə son 17 ay ərzində hesablanmış aliment borcundan azad olunması, 16 may 2008-ci il təvəllüdlü X9 atası Şəxs himayəsinə verilməsi, cavabdeh X1 30 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkar və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatın xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İnzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1064/2023 saylı qətnaməsinə əsasən iddiaçı Şəxs 16 may 2008-ci il təvəllüdlü X6 görə son 17 ay ərzində hesablanmış aliment borcundan azad olunması qət edilmişdir. Odur ki, belə olan halda borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-246/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-246/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver