Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-248/2023 15.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin baş müfəttişi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küç, ev 89-da qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin baş müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Məmmədov X2 rayonu Yuxarı Daşkəsən qəsəbəsində xx.xx.2023-cü il tarixdə saat 11:10-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin baş müfəttişi X3 göstərmişdir ki, barəsində icraat aparılan şəxs tərəfindən müvafiq icra hakimiyyətinin göstərişi artıq icra olunmuşdur. Şəxs qanunvericilikdə göstərilmiş məbləği ödəyərək icazəni almışdır. Lakin icazə üçün tələb edilən dövlət rüsumunu gec ödədiyindən müraciəti gec icra olunmuşdur. Məhkəmədən barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərmişdir ki, reklam orqanının yazılı göstərişi poçt vasitəsilə qəbul edilmişdir. Özü günü çox hissəsini ticarət obyektində keçirir. Yazılı göstərişdən gec məlumatı olmuşdur. Xəbəri olan kimi göstərişi icra etmişdir. Reklam icazəsi üçün tələb edilən məbləğin ödənilməsi haqqında sistemdən çıxarışı və qəbzi təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş 21 avqust 2023-cü il tarixli 11-3-3/2-1087/2023 nömrəli yazılı göstərişdən görünür ki, Məmmədov X2 rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşə əlavə edilmiş “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı Şəxs çatdırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 Regional İdarəsi tərəfindən Şəxs ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli 11-3-3/2-1388/2023 saylı məktubundan görünür ki, “Narzan ailəvi istirahət məkanı” adlı məkanda 21 avqust 2023-cü il tarixli 11-3- 3/2-1087/2023 nömrəli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu günədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə dəvət edilmişdir. İşə əlavə edilmiş “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı Şəxs çatdırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 21 avqust 2023-cü il tarixli, 661 nömrəli aktdan görünür ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı obyektdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik aktlarını pozmaqla reklam yayımlanır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 08 sentyabr 2023-cü il tarixli, 795 nömrəli aktdan görünür ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı obyektdə 21 avqust 2023-cü il tarixli 11-3-3/2-1087/2023 məcburi olan yazılı göstərişin tələblərini icra etməyərək Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı açıq məkanda reklam yerləşdirilməsinə icazə olmadan reklamı yayınlamaqda davam edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 11 oktyabr 2023-cü il tarixli, 976 nömrəli aktdan görünür ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı obyektdə sahibkarı Şəxs 08 oktyabr 2023-cü il tarixli 11-3-3/2- 1388/2023 nömrəli məktubla 11 oktyabr 2023-cü il tarixdə saat 10:00-da barəsində İXM-in 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X6 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir və reklam yayımlanmaqda davam edir. İşə əlavə edilmiş “Foto” şəkillərdən görünür ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən “Narzan ailəvi istirahət məkanı” adlı obyektinin üzərində reklam vardır. İşə əlavə edilmiş Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında məlumatdan görünür ki, Şəxs fiziki şəxs kimi xx.xx.2022-ci il tarixdən (VÖEN **********) qeydiyyatdır. İşə əlavə edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, o icazə üçün tələb edilən rüsumu ödəyərək icazəni almışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi formal əsasların mövcudluğuna baxmayaraq, məhkəmə hesab edir ki, o yazılı göstərişin digər şəxs tərəfindən qəbul edilməsinə görə məlumatsız olmuş, məlumat alan kimi rüsumu ödəyərək icazəni almışdır. Hazırda onun icazəsi qüvvədə olduğundan tənbeh tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.0 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 428.7.3-cü madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 53.0.2, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin baş müfəttişi X3 tərəfindən tərtib olunmuş 11 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda) əsasən xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-248/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-248/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver