Məhkəmə qərarları › İş №3(030)-25/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-25/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-25/2024 02.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib edən orqanın nümayəndəsi Daşkəsən rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X8, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, Nizami küçəsi ev 5Ada qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi arvadı olan Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı vuraraq ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib edən orqanın nümayəndəsi Daşkəsən rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X8 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, evdə ona yemək vermədikləri üçün çöldə dilənməyə məcbur qalıb. Arzu dəfələrlə onu döymüş, xəsarətlər yetimiş, ünvanına nalayiq sözlər, söyüşlər işlətmişdir. Məhkəmədən Şəxs barəsində ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməsini təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Tərlan evə gələrək onu başqa şəxsin narahat etdiyini bildirdi. O, həmin şəxsin kim olduğunu soruşdu, cavab olaraq Tərlan həmin şəxsi sabah ona göstərəcəyini deyib. Tərlan evdən qaçıb çöldə tanımadığı şəxslərdən pul istəyirdi. Ona görə də, çox zaman onu evdən buraxmadığını bildirdi. Həmin gün isə evdən getməsinə icazə vermiş və Tərlan polis şöbəsinə gedərək onu döydüyünü bildirmişdir. O, Tərlanı döymədiyini, hər hansı xəsarət yetirmədyini bildirmişdir. Məhkəmədən qanuni qərar edilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında 02 fevral 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona qəsdən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İş əlavə edilmiş Daşkəsən RPŞ-nın TQ-nun təhqiqatçısı Əli Tahirinin 29 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın surətindən görünür ki, müraciət əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün, qəbul edilmiş qərarın surəti RPŞ-nin X2 göndərilmişdir. İş əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinin 23 yanvar 2024-cü il tarixli, 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənib, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğunda dərəcələri təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşının, zərər çəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuş, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Şəxs X1 döyməklə ekspert rəyində göstərilən sol əlin qançırı kimi qəsdən fiziki ağrı yetirərək həm də İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 02 fevral 2024-cü il saat 15:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar