Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-256/2025 03.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Əmirvar kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvanların onun biçənək sahəsinə girərək ziyanlıq verməsinin qarşısını almaq üçün yaba ilə qovarkən heyvanlara xəsarət yetirərərək maddi ziyan vurması ilə bağlı barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Əmirvar kəndində qonşusu Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvanların onun biçənək sahəsinə girərək ziyanlıq verməsinin qarşısını almaq üçün yaba ilə qovarkən heyvanlara xəsarət yetirmiş və buna görə də, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş Daşkəsən rayon Polis şöbəsinin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarında Şəxs AR İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləğinin 700-800 manat olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, ziyanın məbləği təqribi deyil, konkret rəqəmlərlə ifadə olunmalıdır. Həmin qərarda ziyanın 700-800 manat olmasının göstərilməsi qeyri-müəyyən təşkil edir. Həmçinin, ziyanın məbləği yalnız şikayətçinin Daşkəsən Rayon Polis Şöbəsində verdiyi izahatındakı rəqəmlərə əsasən göstərilmişdir. Aparılmış təhqiqat və inzibati xəta üzrə araşdırma zamanı dəymiş ziyanın həcminin müəyyən edilməsi ilə bağlı əlavə heç bir sübut əldə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin məbləği vurulmuş ziyanın həcminə əsasən müəyyən edilmişdir. Belə ki, həmin maddədə göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Ona görə də, ziyanın həcmini müəyyən edən sübutların mövcud olmaması işə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.5-ci maddəsinə inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardandır Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-256/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-256/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver