Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-26/2023 03.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1961-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Daşkəsən RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyən, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Daşkəsən RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “X5” MMCnin dəmir filizi emalı sahəsində birmərtəbəli kern anbarının tikintisinə icrə verilmiş, lakin sənəd və məlumatlar Reyestrə daxil edilməsi üçün 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarət şöbəsinin 3 saylı ərazi sektorunun baş məsləhətçisi X2 tərəfindən 09 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 05 nömrəli tikinti obyektin tikintisinə icazə sənədindən görünür ki, Daşkəsən rayonu ərazisində yerləşən “X5” MMC-nin dəmir filizi emalı sahəsində birmərtəbəli kern anbarının tikintisinə icrə verilmişdir. İş materiallarında olan Daşkəsən RİHB-nın xx.xx.2022-ci il tarixli, 866 nömrəli məktubundan görünür ki, Daşkəsən RİHB aparatının Memarlıq və tikinti şöbəsindən tikintilərin Dövlət Reyesterinə alınması üçün göndərilən sənədlərə məsul şəxs Memarlıq və tikinti şöbəsinin müdiri Şəxsdur. İş materiallarında olan Şəxs verdiyi izahatda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintisinə, istismarına icazə verilən həmçinin məlumatlandırılma icraatı həyata keçirilən tikinti obyektlərinə dair sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi ona rəsmi olaraq həvalə edilmişdir. Lakin iş qrafikinin yüklülüyünün çox olmasına görə aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları qanunla müəyyən edilmiş vaxtda Tikintilərin Dövlət Reyestrinə təqdim edə bilmədiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-26/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-26/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver