Məhkəmə qərarları › İş №3(030)-262/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-262/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-262/2025 21.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının X4 590.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində mülki silahın və onun döyüş sursatının saxlanılması qaydasını pozmuşdur. Bununla da Şəxs X4 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək izahatında göstərdi ki, 2024-cü il tarixdə atasının atı itmişdir. 04 sentyabr 2025-ci il tarixdə o, əvvəllər tanıdığı Əmirvar kənd sakini X6 ilə Xoşbulaq kənd ərazisində olan Qoşqar dağına at axtarmaq üçün getmişlər. X6 həmin əraziyə yaxşı bələd olduğu üçün onunla getmişdir. Onlar ora ov etmək üçün getməmişlər və özləri ilə silahda götürməyiblər. Sentyabr ayının 04 günü onlar evə gec qayıtdıqlarından və telefon vasitəsi ilə atası onlarla əlaqə yarada bilmədiyindən Hakimin atası ilə birlikdə Qoşqar dağına onların arxasıca getmişlər. Ataları onların arxasıca gedən vaxt yolda polis əməkdaşları ilə qarşılaşmışlar. Polis əməkdaşları atasıgili biraz sorğu-sual etdikdən sonra onları Daşkəsən rayon Polis şöbəsinə gətirmişlər. Onlar həmin gün gecə evə qayıdanda atalarının polis şöbəsinə aprıldığını bilib və polis şöbəsinə getmişlər. Onlar polis şöbəsində olarkən onları qanunsuz olaraq ov etmədə günahlandırıb saxlamışlar. Polis əməkdaşları tərəfində onlardan hər hansı silah və ov əti aşkar edilərək götürülməmişdir. O, qanunsuz ov etməmiş, nə də silah gəzdirməmişdir. O, silahını yaşadığı evdə seyfin içəsində bağlı şəraitdə saxlamışdır. Polis əməkdaşları onun iştirakı ilə gedib evində olan seyfdə saxladığı silahları polis şöbəsinə gətirmişlər. Ov əti kimi götürdükləri ət oğlunun ad günü üçün kəsdiyi quzunun əti olmuşdur. O, 2024-cü ildə itirdikləri atı axtarmaq üçün dağlıq əraziyə getmişdir. Daşkəsən rayon Polis şöbəsində olan zaman ona kənar təsirlər göstərildiyi üçün ova getməsi barədə ifadə verməyə məcbur olmuşdur. İşdə olan Şəxs Daşkəsən rayon Polis Şöbəsində verdiyi 06 sentyabr 2025-ci il tarixli izahatında etdiyi əməli etiraf edərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayır. Heç bir yerdə işləmir, əlavə gəliri yoxdur. Daşkəsən RPŞ-də barəsində toplanmış material ilə tanış olmuşdur. xx.xx.2025-ci ıl tarixdə əvvələr tandığı Daşkəsən rayonu Əmirvar kəndində yaşayan Kamandar adlı şəxsin istifadəisində olan mobil telefonuna zəng edərək onun oğlu Hakimə xx.xx.2025-cı il tarixdə Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində yerləşən Qoşqar dağı adlanan əraziə ova getməklərini təklif etmişdir. Hakim onunla razlaşmışdır. Həmin gün axşam radələrində ona məxsus 1 ədəd “158” markalı, qoşa lülə, 16 çaplı və 1 ədəd “Huqlu Veron” 12 çaplı, tək lüləli ov tüfənglərini özü ilə götürərək atasına xahiş etmişdir ki, onu avtomobil ilə Daşkəsən rayonu Əmirvar kəndinə aparsın. Atası onu həmi günü idarə etdiyi avtomaşın ilə Hakim gilə düşürtmüşdür. Həmin gecə onlarda gecələmiş və xx.xx.2025-ci il tarixdə saat 05 radələrində Hakim ilə birlikdə gecə radələrində Hakimin həmkəndlisi Namiq Əhmədov ona məxsus avtomaşın ilə onları Daşkəsən rayon ərazində yerləşən Qaşqa çay adlanan dağlıq əraziyə düşürdüb və geri qayıtmışdır. O, Hakim ilə birlikdə piyada dağları aşaraq Kəlbəcər rayonu ilə həmsərhəd olan Hinal dağına getmişlər. Onlar orada yerləşən Azərbaycan ordusuna məxsus köhnə postda gecələmişlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 07 cadələrində Hinal dağı ərazisində orada dağ keçilərini güdməyə başlamışlar. Təxminən 11 radələrində onlar həmin ərazidə dağ keçisi görüb və Hakimın əlində olan “İy 58” markalı tüfənglə atəş açaraq həmin keçini ovlamışlar. Həmin keçini orada soyub və əlinidə özü ilə gətirdiyi ağ torbaya qoymuşlar. Daha sonra həmin ağ torbanı götürərək xx.xx.2025-cı il tarixdə gecələdikləri postda qayıdaraq orada gecələmişlər. xx.xx.2025-ci il tarixdə eyni qaydada onlar Hinal dağı ərazisində keçi güdməyə başlamışlar. Həmin ərazidə bir ədəd dağ keçisi görmüşlər və o, əlində olan “Huqlu Veron” markalı tüfənglə həmin keçiyə atəş açaraq ovlamışdır. Onlar həmin keçinin çəkisi ağır olduğundan orada qoyub yuxarıda göstərdikləri posta geri qayıtmışlar. xx.xx.2028-cı il tarixdə səhər radələrində Daşkəsən rayonuna yola düşmüşlər. Onlar Daşkəsən rayonunda yerləşən Gülün dağı adlanan əraziyə çatmışlar və orada dayısıgil ilə rastlaşmışlar. Dayısı, onlara izah etmişdir ki, onların teletonuna zəng çatmadığına görə onun və Hakimin atası nigaran qalaraq onların arxası ilə gələndə qadağan olan ərazidə polis tərəfindən saxlanılıblar. Onunla söhbət etdikdən sonra yollarına davam etmişlər. Daşkəsən rayonu Xoşbulaq kənd ərazisində yerləşən ailəsinə məxsus binəyə çatdıqda orada gecələmişlər. Taqətləri olmadığına görə belə qərara gəliblər ki, içərisində keçi əti olan ağ torbaları dağda gizlədib yollarına davam etsinlər və elə də etmişlər. Daşkəsən rayonu Xoşbulaq ərazisində yerləşən onlara məxsus binəyə çatıb orada gecələmişlər. 05.09 2025-ci İl taridə könüllü olaraq Daşkəsən RPŞ-nə gəlmişlər və ovladıqları ağ torbanın içərisində olan keçi ətini və silahları polis şöbəsinə təhvil vermişlər. Əməlindən peşman olmasını və ona kömək etməsini xahiş etmişdir. İşdə olan CD diskdə olan video materiala məhkəmə iclasında keçirilmiş baxışdan Şəxs etdiyi əməli yəni, qeyd olunan silahın onun tərəfindən saxlanılması və daşınması qaydalarını pozduğunu səmimi etiraf etməsi görünür. İşdə olan foto şəkillərdə Şəxs və X2 qarşısında yerdə atəşə hazır şəkildə iki ədəd ov silahının və hər hansı heyvana aid ət parçalarının olması görünür. Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərtib etdiyi 07 oktyabr 2025-ci tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs mülki silahın və onun döyüş sursatını daşıma qaydalarını pozmuşdur. İşdə olan Daşkəsən rayon Polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş 06 sentyabr 2025-ci il tarixli aktan görünür ki, Daşkəsən rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X7 və Şəxs iştirakı ilə Şəxs məxsus olan “Huqlu” markalı 12 kalibrli 20V0249 nömrəli yivsiz lüləli ov silahı və “İJ2” markalı 2 lüləli, 16 çaplı, 65048 nömrəli yivsiz ov silahı Şəxs təhvil götürülmüşdür. Aktı Şəxs imzalamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsislik İdarəsi tərəfindən verilmiş şəhadətnaməsindən görünür ki, Şəxs 12 kalbirli, “Huğlu” markalı, 20V0249 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 01 oktyabr 2021-ci il tarixdə 2173 nömrəli şəhadətnamə əsasında icazə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN1248736 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs ov silahının saxlama və gəzdirmə qaydasını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli MN1758152 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs ov silahının saxlama və gəzdirmə qaydasını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/596 təhqiqat materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, Nəbiyev X10 xətanın törədilməsində təqsirli bilinərək həmin maddə ilə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydalarının 3.13-cü bəndinə əsasən, vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən, vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. Həmin qaydaların 6.1.5-ci bəndinə əsasən, xidməti və mülki silahı təyinatı üzrə vətəndaşlar - özünümüdafiə zamanı, idman yarışlarının və ya təlim-məşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı istifadə edilməsinə yol verilir. İşin hallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs odlu ov silahını saxlamaq icazəsi olsa da, ov ilə məşğul olmaq hüququ olmadığı halda odlu ov silahını gəzdirmişdir. Həmçinin ov silahını yaşadığı evdən kənar ərazidə çexolsuz olaraq açıq şəkildə gəzdirmişdir. Şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi 07 oktyabr 2025ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli X4 590.1-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, vəhşi heyvanların ola biləcəyi yüksək dağlıq əraziyə 2025-ci ilin sentyabr ayının 4-də X9 ilə getmişdir. Həmin əraziyə getməsində məqsədi 2024-cü ildə itirmiş olduqları atı axtarmaq olmuşdur və gedərkən özü ilə silah götürməmişdir. Ov silahını polis əməkdaşlarının onun yaşadığı evdən götürmüş olduğunu bildirmişdir. Lakin, 06 sentyabr 2025-ci il tarixli aktan görünür ki, “Huqlu” markalı 12 kalibrli 20V0249 nömrəli yivsiz lüləli ov silahı Şəxs Daşkəsən rayon Polis şöbəsində təhvil götürülmüşdür. Həmin aktı Şəxs da imzalamışdır. Ov silahının şəxsdən təhvil götürülməsi faktının təsdiqində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikasının X4 590.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində ov silahı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi Şəxs götürülmüş 1 ədəd, “Huqlu” markalı, 20V0249 nömrəli, 12 kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı ov silahı müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının X4 40, 43, 48-51, 75, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının X4 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ədəd, “Huqlu (Huğlu)” markalı, 20V0249 nömrəli, 12 kalibrli ov silahı müsadirə edilməklə 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Maddi sübut kimi Şəxs götürülmüş 1 ədəd, “Huqlu (Huğlu)” markalı, 20V0249 nömrəli, 12 kalbirli ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə və Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar