Məhkəmə qərarları › İş №3(030)-263/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-263/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-263/2025 21.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Daşkəsən rayonu Gurbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Əmirvar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından yəni, AR DİN-dən xüsusi icazə almadan mülki silah hesab edilən 1 ədəd, “İJ-58” markalı, qoşa lüləli, 16 çaplı, 65048 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı ov silahını qanunsuz əldə etməklə saxlamışdır. Bununla da Şəxs AR İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı etiraf etməyərək izahatında göstərdi ki, 04 sentyabr 2025-ci il tarixdə o, əvvəllər tanıdığı Xoşbulaq kənd sakini X5 ilə Xoşbulaq kənd ərazisində olan Qoşqar dağına at axtarmaq üçün getmişlər. O, həmin əraziyə bələd olduğu üçün Sahil ilə birlikdə getmişdir. Onlar ora ov etmək üçün getməyib və özləri ilə silah götürməyiblər. Onlar polis şöbəsində olarkən onları qanunsuz olaraq ov etmədə günahlandırıb saxlamışlar. Polis əməkdaşları tərəfindən onların əlində hər hansı silah və ov əti aşkar edilərək götürülməmişdir. Polis əməkdaşları Sahilin evində seyfdə saxladığı silahları polis şöbəsinə gətirmişdir. O, qanunsuz ov etməmiş nə də silah gəzdirməmişdir. Ov əti kimi götürdükləri ət Nəbiyev Sahilin oğlunun ad günü üçün kəsdiyi quzunun əti olmuşdur. Sonda ifadəsində heç bir inzibati xəta törətmədiyini bildirərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Şəxs Daşkəsən Rayon Polis Şöbəsində verdiyi izahatında etdiyi əməli etiraf edərək ifadəsində xx.xx.2025-ci il tarixdə könüllü olaraq Daşkəsən RPŞ-nə gəlmiş olmasını və silahları polis şöbəsinə təhvil vermiş olmalarını bildirmişdir. İşdə olan CD diskdə olan video materiala məhkəmə iclasında keçirilmiş baxışdan Şəxs etdiyi əməli yəni, qeyd olunan silahın onun tərəfindən qanunsuz olaraq saxlanılması və daşınmasını səmimi etiraf etməsi görünür. İşdə olan fotoşəkillərdən X5 və Şəxs qarşısında iki ədəd ov silahı və hər hansı heyvanın ət parçalarının olması görünür. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 3(030)-134/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək1 ədəd, “İJ-17” markalı, tək lüləli, 16 çaplı, B 36680 nömrəli ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi 07 oktyabr 2025-ci tarixli MN 21189605 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın və onun döyüş sursatının saxlanma və daşıma qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/596 təhqiqat materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, hesab edir ki, Şəxs inzibati xəta törətməsi 07 oktyabr 2025-ci il tarixdə Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X3 tərəfindən tərtib olunmuş MN 21189605 saylı inzibati xəta haqqında protokolla və işin digər halları ilə kifayət qədər sübuta yetirilmiş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə Şəxs vəhşi heyvanların ola biləcəyi yüksək dağlıq əraziyə tanışına məxsus atı axtarmaq üçün getmiş olduğunu, ancaq göstərilən silahı özü ilə götürməmiş olduğunu bildirmişdir. Lakin işdə olan CD diskdə olan video materialda Şəxs X4 məxsus ov silahının onun tərəfindən qanunsuz olaraq saxlanılması və daşınmasını səmimi etiraf etməsi görünür. X5 və Şəxs iki ədəd ov silahı ilə fotoşəkilləri də iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə onun barəsində ov silahı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi Şəxs götürülmüş 1 ədəd, “İJ-58” markalı, qoşa lüləli, 16 çaplı, 65048 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı ov silahı müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 75, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ədəd, “İJ-58” markalı, qoşa lüləli, 16 çaplı, 65048 nömrəli ov silahı müsadirə edilməklə 90 (doxsan) manat məbləğində cərimə edilsin. Maddi sübut kimi Şəxs Daşkəsən rayon Polis Şöbəsi tərəfindən götürülmüş 1 ədəd, “İJ-58” markalı, qoşa lüləli, 16 çaplı, 65048 nömrəli ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə və Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar