Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-268/2025 13.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Məmmədov X3 Rayon Məhkəməsinin 2(030)-308/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs cəmi 2396 (iki min üç yüz doxsan altı) manat məbləğində kredit borcunu tələbkar "xxxx" QSC-yə ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ifadəsində bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-308/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar "xxxx" QSC-yə 2396 (iki min üç yüz doxsan altı) manat kredit borcu olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Şəxs bu barədə könüllü bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən borc tam ödənməmişdir. Həmin borc məbləğindən cəmi 700 manat ödəniş olunmuşdur. Borcun tam şəkildə ödənilməsi ilə bağlı borcluya xəbərdarlıq olunsa da icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bu günə qədər borcundan 700 manat məbləğində ödəniş etmişdir. Bu gün də 200 manat məbləğində ödəniş etmişdir. Bununla da ödənişlərin cəmi 900 manat olmuşdur. Borcunu qəbul edir, ödəməkdən yayınmır. Növbəti aylarda da borcundan 200-300 manat məbləğində ödənişlər edəcəyini öhdəsinə götürür. Məhkəməyə elektron qaydada ərizə ilə məlumat verən zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmiyəcəyini bildirərək, borclu barəsində inzibati tənbeh tədbirinin görülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən "xxxx" QSC-yə 200 manat ödəniş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Belə ki, işin hallarından göründüyü kimi, xx.xx.2025-ci il tarixdə icra məmuru tərərfindən icra sənədində göstərilmiş 2396 manat borcun ödənilməsinin təmini üçün icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş təqdim olunmuşdur. İki ay ərzində borclu icra sənədi üzrə ümumilikdə 900 manat ödəniş etmişdir. Ödənilməmiş qalan 1496 manat borcundan hər ay 200-300 manat olmaqla hissə-hissə ödəmək imkanının olduğunu bildirir. İcra sənədinin icrasından yayınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-268/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-268/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver