Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-271/2023 15.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakimi Mustafayev Mustafa Əli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokolun 332.1 və 327.1-ci maddələri ilə olan hissəsi və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materiallarında inzibati xəta haqqında iş üzrə törədilməsi ehtimal edilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması müəyyən edilmədən, eyni zamanda təqsirli olması ehtimal edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olub-olmamasını müəyyən edilmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə görə Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət yaranır. AR İXM-nin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. AR İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 332.1 və 327.1-ci maddələri üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin aidiyyəti deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola baxılması rayon (şəhər) məhkəmələrinə aidiyyəti olmadığı üçün nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı materiallar baxılması və qərar qəbul edilməsi üçün Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 08 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə olan hissəsi və ona əlavə olunmuş sənədlər Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-271/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-271/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver