Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-272/2025 05.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X4 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikası Basarkeçər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 456-cı maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtib edilmiş inzibati protokola əsasən Daşkəsən rayonu Quşçu kəndində xx.xx.2025-ci il tarixdə fərdi yaşayış sahəsində kustar üsulu ilə hazırlanmış alkoqollu içki satıldığı halı aşkar edilmişdir. Nəticədə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəmədə protokola qarşı etiraz edərək göstərmişdir ki, Göygöl rayonu ərazisində yerləşən heyvan bazarından 1,5 litr həcmində ev şəraitində hazırlanmış araq almışdır. Həmin araq evlərində olmuşdur, azyaşlı oğlu həmin arağı başqa şəxsə vermişdir. Məhkəmə barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinin dispozisiyasından görünür ki, inzibati məsuliyyət ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə yaranır. İnzibati xətanın predmeti olan içkinin ev şəraitində istehsal edilmiş alkoqollu içki olması və onun hansı qiymətə, kimə satılmış olması barədə sübutlar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllkəsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yəni, qeyd olunan maddəyə əsasən alkoqollu içkilərin satışı dedikdə satıcı alkoqollu içkini alıcının mülkiyyətinə verməyi, alıcı isə alkogollu içkini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilməməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 53, 105, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-272/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-272/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver