Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-275/2025 27.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 24, mənzil 1-də qeydiyyatda olmaqla Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə DİN-102 xidmətinə əsassız məlumat vermişdir. Müraciət əsasında aidiyyəti polis əməkdaşları Şəxs yaşadığı Daşkəsən rayonu Xoşbulaq kəndinə getmişlər. Əməliyyat qrupunun əməkdaşları hadisə yerində olarkən Şəxs sərxoş vəziyyətdə, ora getmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 izahatında göstərmişdir ki, Şəxs Məcid oğlu ağır dərəcəli sərxoş vəziyyətdə olmuş və xx.xx.2025-ci il tarixdə DİN-102 xidmətinə zəng edərək adam öldürəcəyi barədə məlumat vermişdir. DİN- 102 xidmətindən daxil olmuş zəngə əsasən, polis əməkdaşları Daşkəsən rayonu Xoşbulaq kəndinə, Şəxs ünvanına yollanmışlar. Şəxs ünvanında olan zaman orada olmuş polis əməkdaşlarına qarşı tabesizlik göstərərək uca səslə ünvanlı-ünvansız nalayiq söyüşlər işlətmişdir. Onunla danışıqlar aparılmasına cəhd göstərilib, lakin öz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onu nizam-intizama və polisin qanuni tələblərinə tabe olmağa dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bir müddət sonra o tutularaq Daşkəsən RPŞ-nin növbətçi hissəsinə gətirilib və alkotestr müayinəsindən keçirilmişdir. O, ağır dərəcəli sərxoş olmuşdur. O, mütəmadi olaraq sərxoşluq edir, ictimai qaydanı pozur. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokol tərtrib edilmişdir. Məhkəmədən inzibati tənbeh növündə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Xoşbulaq kəndində yaşadığı evdə olan vaxt araq içdikdən sonra sərxoş olmuş və 102 zəng xidmətinə səbəbsiz yerə zəng etmişdir. Ağır sərxoş olduğundan həmin vaxt hansı hərəkətləri etməsini tam xatırlamır. Etdiyi əməllərdən çox peşman olmuşdur. Bir də belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman Daşkəsən rayon Xoşbulaq kəndində yaşayan Şəxs tərəfindən “102 xidmətinə” zəng edərək adam öldürülməsi barədə məlumat verildiyini və bunla bağlı hadisə yerinə getməli olduqlarını bildirmişlər. Onlar dərhal hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman məlumatın yalan olduğunu və Şəxs ağır dərəcəli sərxoş olduğunu bilmişlər. Onu nizam-intizama dəvət etsələr də, Şəxs Məcid oğlu onlarını üzərinə hücum edərək onların qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Daha sonra onu tutmaq mümkün olmuş və gətirib Daşkəsən rayon Polis şöbəsinə təhvil vermişlər. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:29-da 1.831 promil dərəcə sərxoş olmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)- 91/2025 saylı qərarının surətindən görünür ki, Şəxs sərxoş vəziyyətdə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 08 gün müddətə inzibati həbs olunmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. O, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin onların qanuni tələblərinə qəsdən tabe olmamamış hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da Əliyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətaya görə tərtib edilmiş protokol üzrə Əliyev X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025 il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində yaşadığı mənzildə olan zaman spirtli içki qəbul etdikdən sonra heç bir hadisə olmadığı halda DİNnin 102 xidməti-zəng mərkəzinə zəng etmişdir. Çağrışla bağlı dərhal polis əməkdaşlar onun yaşadığı evə getmişdir. Polis əməkdaşları Şəxs yaşadığı ünvanda olan zaman o, sərxoş vəziyyətdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamış və ucadan nalayiq ifadələr işlətmişdir. Onları kənarlaşdırmağa cəhd etmişdir. Şəxs Məcid oğlu bununla da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Şəxs Məcid oğlu əmək qabiliyyətli olmasına baxmayaraq faydalı əməklə məşğul olmur. Özünü ağır dərəcəli sərxoş vəziyyətə gətirə biləcək həcmdə spirtli içki qəbul edərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə səbəbsiz yerə zənglər etməklə həmin xidmətlərin normal iş ahənginə mane ola biləcək hərəkətlərə yol verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs Məcid oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi və 33.1.2-ci maddəsinə əsasən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarix saat 13:10-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(030)-275/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-275/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver