Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-277/2025 28.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev.. Kənan Hafiz oğlu ƏLƏKBƏROV İSMAYİL ELMAN OĞLU tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. MN ******* saylı protokol üzrə 3(030)-276/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)-277/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-276/2025 sayla baxışa təyin edilmişdir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ:
1. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. İşin baxılması xx.xx.2025-xi il tarixə, saat 12:30-a Daşkəsən Rayon Məhkəməsinin binasında təyin edilsin.
3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Sədrlik edən: Kənan Vəliyev