Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-279/2025 13.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X4 tərəfindən daxil olmuş şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhər Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci tarixli EQ 28529533 saylı və xx.xx.2025-ci il tarixli EQ 28665111 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)-2559/2025 saylı qərardadı ilə şikayət aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan şikayət vermiş şəxs X4 tərəfindən Daşkəsən Rayon Məhkəməsinə ünvanlanmış məktubunda bildirmişdir ki, maddi vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü sayılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İşdə olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)- 2559/2025 saylı qərardadından görünür ki, X2 şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi X4 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci tarixli EQ 28529533 saylı və xx.xx.2025-ci il tarixli EQ 28665111 saylı qərarlarından şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da şikayət vermə müddəti buraxılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət vermə müddəti ötürüldüyü üçün ərizə və əlavə olunmuş digər sənədlər X3 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6, 109.1.6, 129.1.3, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 ərizəsi və ona əlavə olunmuş digər sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-279/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-279/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver