Məhkəmə qərarları › İş №3(030)-28/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-28/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-28/2024 13.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi v.m.i.e., İ dərəcəli ədliyyə qulluqçusu İlkin Bayramov tərəfindən 13 fevral 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və inzibati material verilərkən inzibati xəta törədən şəxs təqdim olunmadığından buna görə də məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.1-43.1.3-cü maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda həmin Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. İşdə olan təqdim edilmiş materiallada natamamlıq olmuş və natamamlığı aradan qaldırmaq mümükün olmamış həmçinin inzibati xəta törədən şəxsin məhkəməyə təqdim edilməsi təmin olunmamışdır. Göründüyü kimi iş üzrə materiallar natamam olmuş həmçinin inzibati xəta törədən şəxsin məhkəməyə təqdim edilməsi ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülməmiş, və inzibati xəta törədən şəxs təqdim edilməmişdir. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamamdır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar