Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-288/2025 19.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, X6 iclas katibliyi Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X14, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-578/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən göstərilən cehiz əşyaları və ya onlar olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs qaytarmalı olduğu cehiz əşyalarını verməmiş və yaxud onların dəyərini ödəməmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya Şöbəsinin icra məmuru X14 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-578/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraat başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli akt əsasında Şəxs bəzi cehiz əşyaları götürülərək Zərərçəkmiş şəxs verilmişdir. Lakin o, üzərinə düşən öhdəliyi tam icra etməyərək qalan cehiz əşyalarının onda olmadığını bildirərək nə cehiz əşyalarını nə də onlarının dəyərini qaytarmayacağını bildirmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Akt əsasında qaytarılmış cehiz əşyalarında başqa qalan cehiz əşyalarının ümumi məbləği 1782 manat təşkil edir. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məgkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs cehiz əşyalarının bir hissəsini qaytarmışdır. O, qətnamdə göstərilən cehiz əşyalarının ondan olmadığı üçün qaytarmamışdır. Zərərçəkmiş şəxs cehiz əşyalarının dəyərinin bir dəfəlik ödənilməsini istədiyi üçün maddi imkanı ilə əlaqədar əşyalarının dəyərini birdəfəlik ödəyə bilmir. Xəstədir və buna görə müalicələr alır. Hazırda hər ay 20-30 manat olmaqla cehiz əşyalarının dəyərini ödəyə bilər. Məhkəmədən inzibati xəta haqqında iş üzrə güzəşt olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona vaxt verilsə də o, yenə də onun cehiz əşyalarını qaytarmamışdır. Elşadın ona vermək istədiyi əşyalar onun olmamışdır və yararsız vəziyyətdə olduğu üçün onu qəbul etməmişdir. Məhkəmədən qalan cehiz əşyalarının və ya onların dəyərinin ödənilməsini, əks təqdirdə borcluya inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmənin qətnaməsini üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmamışdır. Şəxs cehiz əşyalarının bir hissəsini qaytarmışdır. Maddi imkanı ilə əlaqədar həmin əşyaların dəyərini qaytara bilməmişdir. Hazırda həmin cehiz əşyalarının dəyərinin hər ay hissə-hissə olmaqla qaytaracağına söz verir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X9 tərtib etdiyi inizbati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-578/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara verməli olacağı cehiz əşyaları və ya onların dəyəri olaraq 1782 manat pul vəsaiti qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-578/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqqəti icra edən X11 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, bəzi cehiz əşyaları Şəxs anası X3, ərazi üzrə polis sahə rəisi X5, X1, icra məmuru X7 və Zərərçəkmiş şəxs iştirakı ilə, götürülərək zərərçəkmiş şəxsə verilmişdir. Zərərçəkmiş şəxs həmin akt imza etmişdir. Şəxs anasının bildirdiyinə görə oğlu xəstə olduğu üçün onda olan cehiz əşyaları verilərkən həmin yerə gələ bilmir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)- 200/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs aliment borcunu ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)- 128/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs cehiz əşyalarını qaytarmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inzbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. İşin hallarından göründüyü kimi Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-128/2024 nömrəli qərarı ilə inzibati tənbeh almış Şəxs bundan nəticə çıxarmayaraq məhkəmə qərarını icra etməməkdə davam etmişdir. Məhkəmə borclunun uzun müddət icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 19 noyabr 2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-288/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-288/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver