Məhkəmə qərarları › İş №3(030)-289/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-289/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-289/2025 19.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Daşkəsən rayonu Astaf kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, subay, işləməyən, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 noyabr 2025-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)- 105/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs1 hər ay 70 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və hal-hazırda 9982 manat məbləğində borcu qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar Zərərçəkmiş şəxs2 hər ay hər uşağa 70 manat olmaqla cəmi 140 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və hal-hazırda 14280 manat məbləğində borcu qalmışdır. Beləliklə borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-105/2014 saylı xx.xx.2014-cü il tarixli və Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013cü il tarixli icra sənədləri üzrə zərərçəkmiş şəxslərə cəmi 24262 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 bildirmişdir ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-105/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs1 hər ay 70 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir, hal-hazırda həmin icra sənədi üzrə 9982 manat məbləğində borcu və Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar Zərərçəkmiş şəxs2 hər ay hər uşağa 70 manat olmaqla cəmi 140 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və hal-hazırda 14280 manat məbləğində borcu qalmışdır. Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-105/2014 saylı xx.xx.2014-cü il tarixli və Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədləri üzrə zərərçəkmiş şəxslərə cəmi 24262 manat məbləğində borcu qalmışdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu xəbərdarlıq olunmasına baxmayaraq, tələbkarlara olan borcunu ödəməkdən yayınır. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, uzun müddətdir Rusiyada yaşamışdır, sərhədi keçdikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Daşkəsən Rayon İcra Şöbəsinə gətirilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədindən məlumatı olmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədi üzrə məlumatlıdır. Hal-hazırda ödəniş edə bilmir, növbəti aydan hər ay hissə-hissə olmaqla ödəniş edə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, borclu cəmi bir dəfə 280 manat məbləğində ödəniş etmişdir. Borcun ödənilməsini, əks təqdirdə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Cəlal qızı izahatında bildirmişdir ki, borcun ödənilməsini əks təqdirdə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraaat aparılan şəxsin müdafiəçisi X3 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs ölkəyə 4 gündür gəlmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmamışdır, səhhətində problemlər var, borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmədən qeyd olunan halların nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında 528.1-ci maddəsi ilə 19 noyabr 2025-ci il tarixdə MN ******* saylı protokolda göstərilir ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-105/2014 saylı xx.xx.2014-cü il tarixli və Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzürsüz səbəbdən zərər çəkmiş şəxslərə borcunu ödəməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-105/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 hal-hazırda 9982 manat məbləğində və Gədəbəy Rayon Məhkəməsinin 2(041)-69/2014 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 hal-hazırda 14280 manat məbləğində olmaqla cəmi 24262 manat məbləğində borcu qalmışdır. Məhkəmə, icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini, zərər çəkmiş şəxsləri dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, inzibati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsində zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olubolmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqələrini üzürsüz səbəbdən icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməsini nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 19 noyabr 2025-ci il saat 18:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar