Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-299/2025 01.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X2, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, protokolda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)- 1853/2016 saylı, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)- 2742/17 saylı, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(030)-604/15 saylı, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(030)-178/15 saylı icra vərəqələri üzrə cəmi borc 21,444 manat məbləğində göstərilmişdir. Lakin, inzibati xətanın hər bir icra sənədinə münasibətdə hansı dərəcədə törədilməsi, hər bir icra vərəqəsi üzrə ayrı-ayrılıqda icra edilməmiş borcun məbləği barədə məlumatlar protokolda göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-299/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-299/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver