Məhkəmə qərarları › İş №3(030)-3/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-3/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-3/2023 19.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Şahvələdli kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1040 (bir min qırx) manat tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 1040 (bir min qırx) manat məbləğində borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1040 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən onun 1040 manat borcu yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Fərdi əməklə məşğul olmaqla güclə dolanır. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərtib etdiyi inizbati xəta haqqında 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 1040 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclunun 1040 manat borcu yığılıb qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli AR İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. AR İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Иnzиbatи tяnbeh nюvцnц tяtbиq edяrkяn mяhkяmя xяtanыn xarakterиnи, иnzиbatи xяtaya gюrя mяsulиyyяtи yцngцllяшdиrяn vя aьыrlaшdыran hallarы, habelя иnzиbatи xяta tюrяtmиш шяxsиn шяxsиyyяtиnи nяzяrя alыr. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını və inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 10 (on) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 19 aprel 2023-cü il saat 14:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-03/2023 19 aprel 2023-cü il Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Seymur Əfəndiyevə Hörmətli Seymur müəllim ! Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 3(030)-03/2023 saylı qərarının surəti icra olunması və bir surətinin Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti -«_02_» nüsxə, «_04_» vərəqədə. Hörmətlə, Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-46/2023 02 fevral 2023-cü il Daşkəsən Rayon İcra və Probasiya şöbəsinə Surəti: Məmmədova (Zeynalova) Sitarə Zakir qızına (Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 32/36) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 3(030)-46/2023 saylı qərarının surəti Sizə göndərilir. Qoşma: Qərarın surəti - «_02_» vərəqədə. (hər bir ünvana) Hakim: Mustafa Mustafayev № 3(030)-03/2023 БИРИНЪИ ИНСТАНСИЙА МЯЩКЯМЯСИНДЯ ИНЗИБАТИ XЯTA HAQQЫNDA ИШ ЦЗРЯ МЯЩКЯМЯ БАХЫШЫ ИЪЛАСЫНЫН PРОТОКОЛУ Daşkəsən Rayon Məhkəməsi 19 aprel 2023-cü il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 16:20-də башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, мящкямя иъласынdа protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak edir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X4 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi( ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs- xx.xx.1979-cu ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu Şahvələdli kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan, Сядрлик edən məhkəmə tərkibini елан едяряк билдирир: - мящкямя иъласына сядрлик едir hakim Mustafayev Mustafa Əli оьлу, мящкямя иълас катиби X3. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə вя иълас катибиня етираз етмяк щцгугларыны вя етираз етмяк цчцн Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 107 və 108-ъi маддяляриндя нязярдя тутулмуш ясаслары изащ едяряк, ондан сядрлик едяня вя иълас катибиня етиразы олуб-олмамасыны сорушур. Proses iştirakçılarının hər biri ayrı ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadığını bildirdi. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 61-ъи маддясиндя нязярдя тутулмуш щцгуг вя вязифялярини изащ едир. Sədrlik edən proses iştirakçılarından ишя бахылмасы иля баьлы вясатяти олуболмамасыны сорушур. Proses iştirakçılarının hər biri ayrı ayrılıqda vəsatətləri olmadığını bildirdi. Sədrlik edən инзибати хята щаггында протоколу вя диэяр сянядляри охуйуб елан едир вя Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 528.1-cи маддясиндя нязярдя тутулмуш инзибати хятанын мащиййятини вя щямин ямяля эюря мцяййян олунмуш мясулиййяти изащ едир. Sədrlik edən protokol tərtib edən şəxsə изащат verməyi təklif edir. Protokol tərtib edən şəxs X4 изащатында эюстярир: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1040 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. İcra məmuruna sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1040 manat borcum yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Fərdi əməklə məşğul olmaqla güclə dolanır. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən ишдя олан сянядляри охуйуб елан едир вя proses iştirakçılarından щямин сянядляря даир суалы və ишин мащиййяти иля баьлы ня кими ялавяляри, вясатятляри олуб-олмамасыны сорушур. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda eлан олунан сянядляря даир суал, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edib-etməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən просес иштиракчыsына гярардан шикайят вя протест верилмя гайдасыны, протоколla таныш олма щцгугларыны изащ етди. Sədrlik edən мящкямя иcласыны саат 16:40-da баьлы елан етди. Protokol 19 aprel 2023-cü ildə tərtib olunmuşdur. Hakim: _____________________ Mustafa Mustafayev Kатиб: ____________________ Bəylər Fərzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar