Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-3/2025 19.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, Azər Abdullayev küçəsi, ev 128-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏNETDİ: Heydarov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-449/2023 saylı icra vərəqəsi üzrə 31 dekabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 may 2023-cü il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs1, bundan başqa xx.xx.2024-cü il tarixli 2(030)- 86/2024 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs2 570 manat ödəməyə borlcu olduğu halda, icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və qızına hazırki vaxta Zərərçəkmiş şəxs1 protokol tərtib olunan tarixə 1960 manat, Zərərçəkmiş şəxs2 isə 570 (beş yüz yetmiş) manat məbləğində borcu qalmışdır. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə zərərçəkmiş şəxslər (tələbkar) xəbərdar olunmuş lakin o, məhkəmə iclasında iştirak etmək üçün gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-449/2023 saylı icra vərəqəsinə əsasən borclu X3 hazırki vaxtda 2448 manat məbləğində borcu qalmışdır. Borclu dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun hazırda 2448 manat aliment borcu qalmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Rəsmi iş yeri yoxdur. Bakı şəhərində çörək sexində gündəlik 14 manat pul müqabilində işləyir. Müharibə veteranlığına görə aldığı puldan hər ay 56 manat tutulur. Hər ay üzrə imkanı çatan qədər ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işləmədiyi və maddi imkanı olmadığı üçün aliment borcu qalmışdır. O, hazırda bir çörək sexində iş düzəlmiş və bundan sonra ödəniş edəcəyini bildirir. Müharibə veteranlığına görə aldığı puldan hər ay 56 manat tutulur. Odur ki, şəxsin qərəzli olaraq borcunu ödəməkdən yayınmadığını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun və tələbkarın izahatları, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə tam təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, iş üzrə inizbati xəta haqqında 12 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-449/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs1 1960 manat aliment borcu, xx.xx.2024-cü il tarixli 2(030)-449/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 Qaçay oğluna isə 570 manat borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə vəkilin iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gəlmədiyindən və qaçıb gizləndiyindən məhkəmənin həmin tarixli qərarı ilə iş üzrə icraat dayandırılaraq şəxsin barəsində məcburi gətirilmə barədə qərardad qəbul edilmişdir. Bundan sonra da borclu hər hansı bir üzürlü səbəblər olmadan məhkəmə qərarlarını icra etməmişdir. Nəticədə onun xx.xx.2024-cü il tarixə 1960 manat olan aliment borcu artaraq hazırki vaxta 2448 manat olmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixli 2(030)-86/2024 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs2 570 manat borcu olduğu kimi qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait,İnzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və qaçıb gizlənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inizbati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 19 mart 2025-ci il saat 15:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-3/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-3/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver