Məhkəmə qərarları › İş №3(030)-308/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-308/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-308/2025 05.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X4 tərəfindən daxil olmuş şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 31004157 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)- 2389/2025 saylı qərardadı ilə şikayət aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləlilklə, işdə olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-2389/2025 saylı qərardadından görünür ki, X2 şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 31004157 saylı qərarın qəbul olunma tarixi isə xx.xx.2025-ci ildir. Bununla da, işdə olan sənədlərdən görünür ki X4 tərəfindən sözügedən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti buraxılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət vermə müddəti ötürüldüyü üçün ərizə və əlavə olunmuş digər sənədlər X3 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6, 109.1.6, 129.1.3, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 ərizəsi və ona əlavə olunmuş digər sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar