Məhkəmə qərarları › İş №3(030)-31/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-31/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-31/2023 23.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mən, Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib edilmiş protokola məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Belə ki, inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyəti haqqında məlumatlar tam qeyd edilməmiş, yəni onun doğum tarixi qeyd edilsə də, fərdi identifikasiya nömrəsi göstərilməmiş, inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim olunması barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində tərtib olunmuş aktda şahidlərin iştirakı qeyd olunmuş, lakin onlar haqqında məlumatlar məhkəməyə göndərilmiş materialda göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3, 100.1.6, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatlar göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar