Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-314/2025 12.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 15 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Fərhadlı X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-539/2025 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs olan 1600 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-539/2025 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü ildə anadan olmuş X3 və xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Şəxs hər uşaq üçün minimum əmək haqqının 0,50 misli həddində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 1600 manat məbləğində aliment borcu qalmışdır. Borclu icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərara qəbul edilən vaxt Azərişıq ASC-də işləyən vaxt alimentin tutulması əmək haqqına yöləldilmiş lakin borclu işdən çıxdığı üçün alimentin tutulması mümkün olmamışdır. Bundan sonra borcluya xəbərdarlıq olunsada icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Sistem üzərindən baxış zamanı borclunun yeni işə qəbul edilməsi məlum olmuşdur. Borclunun hazırki işi üzrə aliment tutulması əmək haqqına yönəldilməmişdir. Hazırda borclunun işlədiyi iş üzrə aylıq əmək haqqı alimentin 70 faizlə tutulsa belə aylıq aliment borcun tam şəkildə ödəmir. Borclu icra şöbəsində olan zaman yaranmış aliment borcundan ödəniş etməmişdir. Borcludan izahat alınmış və yaranmış aliment borcunu ödəməyəcəyi halda onun barəsində hansı tədbirlərin görülə biləcəyi qanuni əsaslara izah olunmuşdur. Qeyd edilənlərə əsasən, borclu barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə aliment təyin olunan vaxt iş yeri olmuşdur. Lakin, sonradan işdən çıxdığı və maddi imkanı olmadığı üçün aliment borcundan ödəniş edə bilməmişdir. 2025-ci ilin dekabr ayının 05-dən Bakı şəhərində "xxxx" MMC-də ambulans (təcili yardım) sürücüsü işləyir. Hazırda aliment borcundan 200 manat pul vəsaiti ödəniş edə bilir. Dekabr ayının əmək haqqından aliment borcundan yenədə ödəniş edəcəkdir. Bundan başqa barışmaq və ailəsi ilə bir yerdə yaşamaq istəyir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, aliment təyin olunan vaxtdan bu günədək ödəniş etməmişdir. Hazırda alimentini tələb edir. Aliment borcu ödənilərsə şikayətçi olmayacağını bildirdi. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli 54968 saylı ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs adına olan kart hesabına 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, borclu bir həftə öncə əmək fəaliyyətinə başlamışdır. Zərərçəkmiş şəxs olan aliment borcundan hazırda 200 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-314/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-314/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver