Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-32/2023 23.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci маддясиндя нязярдя тутулан inzibati xətaya görə MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-32/2023 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu маддясиндя нязярдя тутулан inzibati xətaya görə MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-33/2023 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-32/2023 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 33/2023 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-32/2023 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndi ərazisində Daşkəsən RPŞ-nın İTB-nın polis nəfərləri Şahin Məmmədov və Röyal Allahverdiyev xidmətdə olarkən kənd sakini Rəna Alıyeva mobil telefon vasitəsilə Şahin Məmmədova zəng vuraraq Şəxs onu yaşadığı evdə hədələdiyini bildirmişdir. Buna görə əməkdaşlar Rəna Alıyevanın yaşasdığı evə yollanmışlar. Bu zaman Şəxs küçədə ünvansız söyüşlər söydüyünü görmüşlər. Ona yaxınlaşıb sakit olmasını xahiş etdikdə, sonuncu polis əməkdaşı ilə mübahisə edərək ünvansız nalayiq söyüşlər söymüş və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Həmin vaxt orada olan polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da heç bir nəticəsi olmamışdır. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə polis əməkdaşı ilə arasında narazılıq yaranmış və o, ünvansız ifadələr işlətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin o tabe olmayaraq əməllərinə davam etmişdir. Bu səbəbdən onu polis şöbəsinə gətirmişlər. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nın İTB-nın polis nəfəri X5 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndi ərazisində Röyal Allahverdiyev ilə birlikdə xidmətdə olarkən kənd sakini Rəna Alıyeva mobil telefon vasitəsilə ona zəng vuraraq Şəxs onu yaşadığı evdə hədələdiyini bildirmişdir. Buna görə Rəna Alıyevanın yaşasdığı evə yollanmışlar. Bu zaman Şəxs küçədə ünvansız söyüşlər söydüyünü görmüşlər. Ona yaxınlaşıb sakit olmasını xahiş etdikdə, sonuncu onlarla mübahisə edərək hərəkətlərinə davam etmişdir. Dəfələrlə onu sakitləşdirməyə çalışsalar da heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nın İTB-nın polis nəfəri X4 da şahid X3 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:15-də tutulmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuş, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Daşkəsən rayonu Qabaqtəpə kəndinin ərazisi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş və nəticədə İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarix saat 13:15-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis X2 Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev əsli ilə düzdür. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-32/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-32/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver