Məhkəmə qərarları › İş №3(030)-320/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-320/2025

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-320/2025 23.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayət vermiş şəxs X2 oğlunun iştirakı ilə, Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7618384 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7618384 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. X2 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7618384 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 3(030)-320/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə qərardan şikayət verilmə müddəti ötürüldüyü üçün şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardadan X2 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 3(3-7)-66/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Daşkəsən Rayan Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahatında bildirdi ki, Daşkəsən-Gəncə yolunda hərəkətdə olarkən Yol polisi əməkdaşları yük maşınını saxlamışlar. Həmin yük maşını yolun tam kənarında dayanmamışdır, bir hissəsi yolun hərəkət hissəsini kəsmişdir. Belə olan vəziyyətdə polis əməkdaşı ona işarə verərək düz xəttin üzərindən hərəkət etməsinə icazə vermişdir. Buna baxmaraq Polis əməkdaşı ona 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq düz xətt üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozduğunu ona bildirmişdir. Halbuki o, yol polisi əməkdaşlarının işarəsindən sonra ötmə əməliyyatı etmişdir. Ona görə də, qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7618384 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar mövcud deyildir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 69-cu maddəsində qeyd edilmişdir ki, 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 6) 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər); Vİİ. Üfiqi nişanlanma xətti 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İşin hallarından görünür ki, Daşkəsən rayon Polis Şöbəsinin DYPB-nin, xx.xx.2025ci il tarixli TP7618384 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydasını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan CD diskdə olan video çəklişdən görünür ki, xx.xx.2025- ci il tarixdə, Opel Astra minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozduğu səbəbi ilə yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Video çəkliş aparılan zaman şəxsə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq düz xəti üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozduğuna görə barəsində inzibati qaydada protokol tərtib edildiyini bildirmişdir. Video çəklişdən görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən sürücü X2 hər hansı bir etiraz bildirmir. Polis əməkdaşları protokola dair etiraz etmək hüququnun olmasını ona izah edirlər, yaxınlaşraq protokola dair qeyd aparılmasını ona təklif edirlər. Buna baxmayaraq sürücü X2 inzibati xəta törətməmiş olmasını şifahi və ya yazılı qaydada bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7618384 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar