Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-321/2025 25.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Hüseynova (Alıyeva) Məlahət Heydər qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, S.Əbiyev küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlu tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hazırda 4276 manat məbləğində borcu qalmışdır. Borclu Şəxs borcunu ödəmək üçün vaxt verilmiş, lakin icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Şəxs bundan əvvəl Daşkəsən Rayon Məhkəməsinin qərarı ilə aliment borcunu ödəmədiyi üçün inzibati həbs olunmuşdur. Bundan nəticə çıxarmayaraq eyni icra sənədi üzrə eyni əsaslar üzrə inzibati xətanı təkrar törətmişdir. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda uşaqların ikisidə onun himayəsində qalır. 2025-ci ilin avqust ayından uşaqları onunla birlikdə yaşayır. Onların maddı və digər təminatın özü qarşılayır. Əvvəllər aliment borcundan etdiyi ödənişlərdə düzgün hesablaıb nəzər alınmamışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Hüseynova (Alıyeva) Məlahət Heydər qızı izahatında bildirmişdir ki, uşaqların hər ikisi avqust ayından Şəxs himayəsindədir. Özü başqa şəxslə ailə həyatı qurmuşdur. Şəxs onu tez-tez narahat edir. Hazırda Şəxs onu narahat etməməsini tələb edir. Şəxs belə hərəkətlərinə son qoyarsa o, da alimentdən imtina edər. Başqa bir tələbi olmadığını bildirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş üzrə tərəflərin izahatlarından göründüyü kimi 2025-ci ilin avqust ayından uşaqlar borclunun yanındadırlar. Uşaqların borclunun himayəsində olduğu müddət üzrə aliment borcu nəzərə alınmamışdır. Həmçinin protokol tərtib edilərkən zərərçəkmiş şəxsin əvvəlki dövrlərə aid aliment borcunu tələb edib-etməməsi məsələsi araşdırılmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.1-43.1.3-cü maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda həmin Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-321/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-321/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver