Məhkəmə qərarları › İş №3(030)-33/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-33/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-33/2025 03.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X7 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X5 və protokolu tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-nin DYPB-nin YPX daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Gəncə -Daşkəsən yolunda «VAZ 21214 MİNİK» markalı 90XA202 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə və əks zolaqda hərəkətdə olan “Ford transit yük” markalı 90BY626 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmasına görə Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin faktla bağlı Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə 30 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X6 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Gəncə-Daşkəsən yolunun Daşkəsən istiqamətində hərəkət edərkən Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Hadisədən sonra hadisə yerini tərk etmişdir. Bir neçə saat sonra avtomobil və sürücü aşkar olunmuş və onun iştirakı ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Gəncə- Daşkəsən yolunun Daşkəsən istiqamətində idarə etdiyi «VAZ 21214 MİNİK» markalı 90XA202 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən qarşı istiqamətdən gələn “Ford transit yük” markalı 90BY626 dövlət qeydiyyat nişanlı avtomobillə yüngül toqquşma olmuşdur. O, avtomobili saxlamadan yoluna davam etmişdir. Qarşı tərəflə arasında heç bir narazılıq yoxdur. Məhkəmə iclasında zərərçəkmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Gəncə-Daşkəsən yolunun Gəncə istiqamətində hərəkətdə olarkən Şəxs ona məxsus “Ford transit yük” markalı 90BY626 dövlət qeydiyyat nişanlı avtomobilini vurmuş və hadisə yerindən uzaqlaşmışdır. Hadisə nəticəsində onun avtomobilinin yan güzgüsü yerindən qopmuş, sonra isə yerinə bərpa edilmişdir. O, hər hansı bir bədən xəsarəti almamışdır. Ona görə də Şəxs heç bir şikayəti yoxdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 inzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli ******* nömrəli protokolundan görünür ki, Şəxs Gəncə-Daşkəsən yolunun 24-cü km-də yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də barəsində AR İXM-nin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester müayinəsinin nəticəsi barədə kağız daşıyıcıda əks etdirilən sənəddən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:19-da fiziki şəxs Şəxs alkotester müayinəsindən keçirilmiş və onda alkoqolun miqdarı 4.177 promil təşkil etmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş kimi göstərilən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını hərtərəfli obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi iki halda yarana bilər: hadisə nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulduqda. Məhkəmə qeyd edir ki, maddi zərər dedikdə, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Hazırkı iş üzrə zərərçəkmiş hesab olunan şəxsin həmin hadisə nəticəsində hansı həcmdə maddi zərərə məruz qalmasını və həmin zərəri bərpa etmək üçün çəkmiş olduğu və ya çəkməli olduğu xərclər barədə sübutlar mövcud deyildir. İnzibati xəta hadisəsinin qanunla nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmaması inzibati xəta törətmiş şəxsin əməlində inzibati xəta tərkibinin olmaması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51,53, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar