Məhkəmə qərarları › İş №3(030)-34/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-34/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-34/2025 04.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu Yellicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 04 fevral 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(003)-1476/2021 saylı icra vərəqəsi üzrə tələbkar X3 olan 3727 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1476/2021 saylı icra vərəqəsi üzrə xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tələbkar X3 ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 3727 (üç min yeddi yüz iyirmi yeddi) manat məbləğində aliment borcu qalmışdır. Bununla bağlı borcluya xəbərdarlıq olunsada icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 280 manat məbləğində alimenti hər ay ödəyir. 3727 manat aliment borcu əvvəllər yaranmış borcdan qalma hissədir. Maddi vəziyyətinin ağırlığından əvvəlki aliment borcunu tam ödəyə bilməmişdir. Hazırda aliment borcundan 527 manat ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X3 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnnzibati xəta haqqında Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-154/2023 saylı qərarı ilə Şəxs 5787 manat aliment borcu olduğundan barəsində inzibati tənbeh tətbiq edilərək 8 gün inzibati həbs edilmişdir. Məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilmişdir. Həmin vaxt borcdan 2000 manat ödəniş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-413/2023 saylı qərarı ilə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-154/2023 saylı qərarı ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Belə ki, inzibati xəta haqqında Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi xx.xx.2023-cü il tarixə Şəxs 5787 manat aliment borcu olmuşdur. Həmin vaxtdan indiyənə qədər 19 ay ötmüşdür. Bu aylar özrə tam ödənişlər olmuşdur, (19x280=5320 manat) həmçinin o, ödənilməmiş qalan borcundan da ödəmələr aparmış, hazırda isə 527 manat ödəmişdir. Nəticədə bu günə qədər 3200 manat borcu qalmışdır. Göründüyü kimi, aylıq ödənişlər üzrə 5320 manat, əvvəlki borcdan isə 2587 manat ödəniş omuşdur ki, bunlar ümumulikdə 7907 manat təşkil edir. Qeyd olunanlar borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma hallarını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar