Məhkəmə qərarları › İş №3(030)-36/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-36/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-36/2023 01.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Daşkəsən rayonu Çovdar kəndində yerləşən Şəxs MMC-də keçirilən planlı YTM-nə zamanı (xx.xx.2001-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının 1.9.12, 8.3 və 4.4-cü bəndlərinin və 23-cü maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında vəsatət təqdim edərək Şəxs MMC barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolun aidiyyatı üzrə baxılması üçün Yasmal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli SMX-01/03-23 nömrəli vəsatətdən görünür ki, Şəxs MMC-nin direktoru X3 Şəxs MMC barəsində tərtib olunmuş protokolu baxılması üçün hüquqi ünvan üzrə Yasmal Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. İşə əlavə olunmuş AR İN DVX-nin MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasmal rayonu, X9, ev 31, məhəllə 3161-dir. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Daşkəsən rayonu ərazisində törədilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi vəsatətində hüquqi ünvanı Yasmal rayonu, X9, ev 31, məhəllə 3161 olduğuna görə protokolun baxılması üçün aidiyyatı üzrə Yasmal Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Ona görə də məhkəmə belə hesab edir ki, qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 109-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar