Məhkəmə qərarları › İş №3(030)-39/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-39/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-39/2025 18.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, ali təhsilli, evli, Şəxs direktoru işləyən, Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Bakı şəhər Nərimanov rayonu H.Əliyev pr 98-da yaşayan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 493-cü maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXMnın 493-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, 00100/00205 nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına 34BVY144/34BVY136 nömrəli nəqliyyat vasitəsində gələn mallar müvafiq olaraq **********3367 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3-cü maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi 15 gün ərzində təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda göstərilənlərlə razıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “Sky Glass MMC tərəfindən İXM-in 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmiş, “Sky Glass MMC İXM-in 493-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. İşə əlavə olunmuş BBGİ-nin inzibati xəta haqqında 23 yanvar 2025-ci il tarixli 00100/00205 nömrəli protokolundan görünür ki, Şəxs MMC ölkəyə idxal etdiyi malların gömrük bəyənnaməsini 15 gün ərzində BBGİ-yə təqdim etməmiş, ona görədə barəsində AR İXM-nin 493-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********3367 nömrəli Gömrük Bəyənnaməsidən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34BVY144/34BVY136 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə gələn “bərkitmə köpüyü” yükü Bakı Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə **********3367 nömrəli sorğu ilə bəyan edilmişdir. İşə əlavə olunmuş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sisteminin Malın çatdırılması və boşadılması haqqında məlumatdan görünür ki, Şəxs MMC tərəfindən idxal olunan 34BVY144/34BVY136 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınan yük xx.xx.2024-cü il tarix saat 23:20-də Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC-nin ünvanına 34BVY144/34BVY136 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn mallar xx.xx.2024-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna təqdim edilmiş, lakin həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına 17 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar