Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-43/2023 15.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi , İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu Muşavaq kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə barəsində cərimələr təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, AR DİN Daşkəsən RPŞ tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta törədilməsinə dair materiallar ona aid deyil çünki, materiallarda onun istifadəsində olmuş “X3 MİNİK” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı aftomobil olduğu qeyd edilsə də, xx.xx.2022-ci il tarixli EQ 10750667 qərara əlavə olunan yol hərəkət qaydasını pozmuş nəqliyyat vasitəsinin fotoşəkillərindən görünür ki, real vəziyyətdə şəkildə görünən nəqliyyat vasitəsinin “ VAZ 21015 MİNİK” markalıdır. Qanunsuz olaraq dövlət qeydiyyat nişanını dəyişdirmişdir və buna görə də hal-hazırda protokol onun barəsində tərtib olunmuşdur. Bu barədə aidiyyatı orqanlara müraciət etmiş onun barəsində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 10750667 nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “X3 MİNİK” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ 10750667 nömrəli protokolu əsasında çıxarılmış eyni tarixli elektron qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 10750667 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə edilmiş “ASANPAY” portalının çıxarışından görünür ki, EQ 10750667 nömrəli inzibati xəta haqqında protokol mövcud deyil. Bununla yanaşı xx.xx.2022-ci il tarixli EQ 10750667 nömrəli qərara əlavə olunmuş EP2711274 nömrəli kamera ilə çəkilmiş inzibati xətanın fotoşəkillərindən görünür ki, faktiki olaraq AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta “VAZ 21015 MİNİK” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilmiş, lakin EQ 10750667 nömrəli qərarda “X3 Minik” markalı avtomobil qeyd olunmuşdur və “ASANPAY” portalının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli EQ 10750667 nömrəli protokol mövcud deyil. Məhkəmə inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli EQ 10750667 nömrəli qərarın təsviri hissəsində “X3 MİNİK” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətdiyi göstərilsə də, qərara əlavə olunan yol hərəkət qaydasını pozmuş nəqliyyat vasitəsinin fotoşəkillərindən görünür ki, real vəziyyətdə şəkildə görünən nəqliyyat vasitəsinin “ VAZ 21015 MİNİK” markalı olduğu görünür. Lakin, qərarda “X3 MİNİK” markalı avtomobil qeyd olunmuşdur və “ASANPAY” portalının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli EQ 10750667 nömrəli protokol mövcud deyil. Belə olan halda Şəxs əməlində AR İXM-nın 529.3-cü maddəsinin tərkibi istisna olunur. AR İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddsəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 53, 105, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. əsli ilə düzdür Hakim: Mustafa Mustafayev Qərar 20 Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-43/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-43/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver