Məhkəmə qərarları › İş №3(030)-43/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-43/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-43/2025 06.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.2005-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, T.İmsyaılov ev 13-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-43/2025 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-44/2025 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-44/2025 saylı inzibati iş MN ******* saylı protokol üzrə 3(030)-43/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-43/2025 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN 102-xidmətinə zəng edərək dayısı X4 özünə xəsarət yetirdiyi barəsində məlumat vermişdir. Müraciətə əsasən polis əməkdaşları Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 mənzil 15 yollanmışlar. Qurbanov Turalı polis əməkdaşlarına qarşə söyüşlər işlətmiş, onların qanuni tələbinə tabe olmamışdır. Bu zaman Şəxs da polis əmədaşlarının vəzifələrini yerinə yetirməklərinə mane olmuş və onlara dayısı ilə birlikdə söyüş söyməmə başlamışdır. Şəxs nizam-intizama dəvət edilsə də, o, öz əməllərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən Daşkəsən rayon Polis Şöbəsinə gətirilmişdir. Beləliklə Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, dayısı X6 xx.xx.2025-ci il tarixdə zəng edərək onu yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzilə çağırmışdır. Yanına getdiyi zaman dayısının özünə kəsicə alətlə xəsarət yetirdiyini görmüşdür. Dayısı özü təcili yardıma zəng etmişdi. Polis əməkdaşları dayısını şöbəyə aparmaq istədikləri zaman onlara mane olmağa çalışıb, onları itələmiş lakin onlara qarşı söyüş söyməmişdir. Laqondanı əlinə götürmüş olsa da kimə isə xəsarət yetimək istəyi olmamışdır. Onun niyyəti sadəcə dayısının polis şöbəyə aparılmasına mane olmaq istəməsi olub. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Hazırda etdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Ona görə də Məhkəmədən barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir, artıq islah olunmuşdur. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN 102-xidmətinə zəng edərək dayısı X4 özünə xəsarət yetirdiyi barəsində məlumat vermişdir. Müraciətə əsasən onlar Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 mənzil 15 yollanmışlar. Orada dayısı Qurbanov Tural ilə birlikdə söyüşlər söyməyə başlamış və polisin qanuni tələbinə tabe olmamışdır. Qurbanov Turalla bağlı qanuni tədbirlər görmək istəyərkən Orxan laqondanı əlinə götürərək buna mane olmaq üçün özünə xəsarət yetirmək istəmişdir. Lakin o, bunun qarşısını ala bilmişdir. Daha sonra Şəxs Daşkəsən RPŞ-nın növbətçi hissəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN 102-xidmətinə zəng edərək dayısı X4 özünə xəsarət yetirdiyi barəsində məlumat vermişdir. Müraciətə əsasən onlar Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 mənzil 15 yollanmışlar. Orada dayısı Qurbanov Tural ilə birlikdə söyüşlər söyməyə başlamış və polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs Daşkəsən RPŞ-nın növbətçi hissəsinə aparılmışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:07-də 4.177 promil dərəcə sərxoş olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs hərəkətləri ilə xırda xuliqanlıq hərəkətinə yol verməmiş, lakin sərxoş vəziyyətdə olmaqla polis işçilərinin qanuni fəaliyyətinə ciddi şəkildə mane olmuş, onların qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqında işə baxılmalıdır Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati tənbeh növündə inzibati cərimə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar