Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-45/2024 13.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenanatı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi 8-ci döngə ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Gəncə-Daşkəsən avtomagistral yolunun 20-ci km-də Daşkəsən rayon Bayan kəndi ərazisində Daşkəsən RPŞ-nin Yol Polis bölməsinin poli serjantları Qəmbərov Seymur və Əliyev İsgəndər ilə birlikdə xidməti fəaliyyəti həyata keçirən zaman 1 ədəd ön işıq cihazının nasaz vəziyyətdə olan VAZ 2017 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verdikdə, sürücü Şəxs və avtomobildə olan sərnişin qismində əyləşmiş X2 və X4 qeyri-səmimi rəftar və şübhəli hərəkətlər etdiyi üçün narkotik vasitələrin təsiri altında olma ehtimalı yaratdığına görə tərəflərindən rayon polis şöbəsinə dəvət olunaraq narkotik vasitə istifadə etməsi barədə məlumat verilmişdir. Şəxs razılığı ilə Daşkəsən rayon X5 hissəsinin qarşısında aparılmış şəxsi axtarış zamanı Şəxs üzərindən bir ədəd ödəniş qəbzinin içərisində 0,41 qram tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Nümayəndə protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Daşkəsən rayon Polis sahə rəisi Nümayəndə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, faktla əlaqədar Daşkəsən rayon Pİ-in TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Daşkəsən RPİ-in İTŞ-nə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək izahatında göstərdi ki, hazırda etdiyi əməldən peşmandır. Himayəsində ailəsi və az yaşlı övladları var. Məhkəmədən bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 16/141 saylı rəyinə əsasən məlum olmuşdur ki, bir ədəd kibrit qutusunun alt hissəsində və və 1 ədəd iç-içə qoyulmuş sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 0,84 qram, ümumi təmiz çəkisi 1,86 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bir ədəd həkim tövsiyyə kağızı bükümündə tütün hissəcikəri təmiz çəkisi 0,11 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədiqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs....” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd ödəniş qəbzi kağızı bükümündə tütün hissəcikləri təmiz çəkisi 0,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserin Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 306 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, material üzrə araşdırma zamanı Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Sevinc qəsəbəsi 8-ci döngə ünvanında yaşayan Şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 03:25 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli 16/141 nömrəli ekspertiza rəyində göstərilmiş 1 ədəd ödəniş qəbz kağızı bükümündə tütün hissəcikləri təmiz çəkisi 0,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu qeyd edildiyi üçün 26 yanvar 2024-cü il tarixdə azad edilmişdir. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (üzərindən aşkar edilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olmadığından onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını hərtərəfli, obyektiv tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2024-cü il tarixdə saat 03:25-də tutulduğunu nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertizasında Mərkəzinin aparılmış ekspertiza xərcləri 32,40 (otuz iki manat qırx qəpik) Şəxs tutularaq X1 (kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************) hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasında Mərkəzinin aparılmış ekspertiza xərcləri 32,40 (otuz iki mnat qırx qəpik) Şəxs tutularaq X1 (kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************) hesabına köçürülüsün. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-45/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-45/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver