Məhkəmə qərarları › İş №3(030)-45/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-45/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-45/2025 06.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə axşam saat 21:12 radələrində DİN-102 xidmətinə zəng edərək özünə divar kağızı kəsən bıcaq ilə xəsarət yetirdiyini, polis əməkdaşları hadisə yerinə getdiyi zaman uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, hadisə yerinə getmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı protokol, tərtib olunaraq məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-46/2025 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə özünə xəsarət yetirmiş, polis əməkdaşları hadisə yerinə getdiyi zaman uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol, hadisə yerinə getmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-46/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 47/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)-48/2025 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-45/2025 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saat 21:12 radlərində DİN- 102 xidmətinə daxil olmuş zəngə əsasən, polis əmədaşları Daşkəsən şəhəri İ.Qayıbov 5 mənzil 15-də yaşayan Şəxs ünvanına yollanmışlar. Şəxs ünvanına yollanmış polis əməkdaşlarının oradan uzaqlaşmasını tələb edib. Onunla danışıqlar aparılmasına cəhd göstərlib, lakin o, polis əməkdaşlarının ünvanına söyüşlər söyərək, xırda xuliqanlıq hərəkətlərinə davam etmişdir. xx.xx.2025-ci il tarixdə yenidən eyni şikayət ilə DİN-102 xidmətinə zəng daxıl olmuşdur. Ünvana yollanmış polis əməkdaşları eyni problem ilə üzləşiblər, nəticədə Şəxs polisin qanuni tələblərinə tabe olmadığından Daşkəsən RPŞ-nin növbətçi hissəsinə gətirilib və alkotestr müayinəsindən keçirilmişdir. Hər iki halda o, ağır dərəcəli sərxoş olmuşdur. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini qismən etiraf edərək izahatında göstərmişdir ki, deyilən vaxtlarda yaşadığı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 5 saylı evin 15 saylı mənzildə özünə xəsarət yetirmişdir. Həmin vaxtlarda araq içdiyindən sərxoş vəziyyətdə olmuşdur. Nalayiq söyüşlər söymüşdür, lakin ünvansız söymüşdür. Polislərin ünvanına söyməmişdir. Özünə xəsarət yetirməsinin səbəbi özünü öldürməyə cəhd etməsi olmuşdur. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil çıxışında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs hazırda əməlindən səmimi peşmançılıq hissi keçirir, həmçinin onun əməlində inzibati xətanın tərkibi yoxdur. artıq islah olunmuşdur. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə daxil olmuş məlumata əsasən Şəxs ünvan 2 ünvana çatdıqda Şəxs öz bədəninə xəsarət yetirdiyini görmüşlər. Hadisə zamanı 103 Xidmətinin həkimi də yanlarında olmuşdur. Daha sonra Şəxs səs-küy salaraq onların oradan uzaqlaşmasını tələb etmiş və söyüşlər söyməyə başlamışdır. Tural Quranovu nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-102 xidmətinə daxıl olmuş zəngə əsasən vətəndaş Şəxs ünvan 2. Ora çatan zaman Şəxs öz bədəninə xəsarət yetirdiyini görmüşlər. Daha sonra Şəxs səs-küy salaraq onların oradan uzaqlaşmasını tələb etmiş və söyüş söymüşdür. Şəxs intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X7 DİN 102 xidmətinə zəng edərək dayısı Şəxs özünə zərər yetirməsi barədə məlumat vermişdir. Onlar dərhal ünvan 2. Şəxs öz bədəninə xəsarət yetirdiyini görmüşlər. Daha sonra Şəxs və Orxan Hüseynov səs-küy salaraq, söyüş söyməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Onlar Şəxs və Orxan Hüseynovu gətirərək Daşkəsən RPŞ-nin növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X7 DİN 102 xidmətinə zəng edərək dayısı Şəxs özünə zərər yetirməsi barədə məlumat vermişdir.Onlar dərhal ünvan 2. Şəxs öz bədəninə xəsarət yetirdiyini görmüşlər. Daha sonra Şəxs və Orxan Hüseynov səs-küy salaraq, söyünclər söyməyə başlamışdır. Tural Quranovu nizam-intizama dəvət etsələr də, o, bizlərin qanuni tələbinə qəsdən tabe olmamış və əməlinə davam etmişdir. Onlar Şəxs və X8 RPŞ-nin növbətçi hissəyə təhvil vermişlər. İşdə olan xx.xx.2025-ci il tarixli alkotester qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-da 0.405 promil dərəcə sərxoş olmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X12 haqqında prokoldan görünür ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, xx.xx.2025-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. İşə əlavə olunmuş audio və video yazılar olan diskdən görünür ki, Şəxs nalayiq ifadələr işlətmiş və polis işçilərinin qanuni tələbinə tabe olmamışdır. Onun bədəni üzərində qan ləkələri görünürdü. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Şəxs öz hərəkətləri ilə insanların və orada olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuş, bununla da xırda xuliqnlıq hərəkətinə yol vermişdir və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin onların qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Belə olan halda digər polis əməkdaşları çağırışa gəlmiş, bununla belə Şəxs hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla da əlavə olaraq AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə də Daşkəsən şəhərində yaşadığı mənzildə sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, AR İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Belə ki, Şəxs əvvəllər də İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-209/2024 saylı və xx.xx.2024-cü il tarixli 3(030)-220/2024 saylı qərarları ilə inzibati tənbeh olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X12 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 10 (on) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarix saat 23:55-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar