Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-46/2024 13.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayon Tapan kəndində qeydiyyatda olmaqla, yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Gəncə-Daşkəsən avtomagistral yolunun 20-ci km-də Daşkəsən rayon Bayan kəndi ərazisində Daşkəsən RPŞ-nin Yol Polis bölməsinin poli serjantları Qəmbərov Seymur və Əliyev İsgəndər ilə birlikdə xidməti fəaliyyəti həyata keçirən zaman 1 ədəd ön işıq cihazının nasaz vəziyyətdə olan VAZ 2017 markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verdikdə, sürücü X5 və avtomobildə olan sərnişin qismində əyləşmiş Şəxs və X6 qeyri-səmimi rəftar və şübhəli hərəkətlər etdiyi üçün narkotik vasitələrin təsiri altında olma ehtimalı yaratdığına görə tərəflərindən rayon polis şöbəsinə dəvət olunaraq narkotik vasitə istifadə etməsi barədə məlumat verilmişdir. Şəxs razılığı ilə Daşkəsən rayon X7 hissəsinin qarşısında aparılmış şəxsi axtarış zamanı Şəxs üzərindən kibrit qutusu içərisində 2,29 qram çəkidə, bir ədəd kağız büküm içərisində 1,46 qram çəkidə, bir ədəd sellofan içərisində 1,15 qram çəkidə, kəskin iyli narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Daşkəsən rayon Polis sahə rəisi X1 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, faktla əlaqədar Daşkəsən rayon Pİ-in TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Daşkəsən RPİ-in İTŞ-nə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, təxminən 1-2 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan (nəşə) istifadə edir. Üzərindən götürülmüş həmin kütlə qablaşdırılaraq, polis əməkdaşı tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 16/141 saylı rəyinə əsasən məlum olmuşdur ki, bir ədəd kibrit qutusunun alt hissəsində və və 1 ədəd iç-içə qoyulmuş sellofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 0,84 qram, ümumi təmiz çəkisi 1,86 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bir ədəd həkim tövsiyyə kağızı bükümündə tütün hissəcikəri təmiz çəkisi 0,11 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədiqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Nadir Alıyev....” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd ödəniş qəbzi kağızı bükümündə tütün hissəcikləri təmiz çəkisi 0,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserin Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 307 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (üzərindən aşkar edilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq olmadığından onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs qeyd edilən əməl üzrə təqsirinin müəyyən edilməsi üçün həmin şəxs narkotik vasitələri, psixotrop maddələri istehlak etməsi, yəni onlardan istifadə etməsi, yaxud da satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi müəyyən edilməlidir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi, üzərində gəzdirməsi onun etiraf edici izahatı ilə yanşı ekspertiza rəyi ilə də müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, İXM-nin 37-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar vardır. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, təmiz çəkiləri 1,02 qram, 0,84 qram, ümumi təmiz çəkisi 1,86 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, bir ədəd həkim tövsiyyə kağızı bükümündə tütün hissəcikəri təmiz çəkisi 0,11 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, tədiqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Nadir Alıyev....” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd ödəniş qəbzi kağızı bükümündə tütün hissəcikləri təmiz çəkisi 0,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertizasında Mərkəzinin aparılmış ekspertiza xərcləri 32,40 (otuz iki mnat qırx qəpik) Şəxs tutularaq X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. xx.xx.2024-cü il tarixdə şübhəli çəxs qismində tutulduğu bir gün nəzərə alınaraq Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs növündə tənbeh saxlanılsın. Həbsetmənin əvvəli 13 mart 2024-cü il saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə olunsun. Maddi sübut qismində tanınaraq Daşkəsən RPŞ-nin MSK-da saxlanılan, təmiz çəkiləri 1,02 qram, 0,84 qram, ümumi təmiz çəkisi 1,86 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, bir ədəd həkim tövsiyyə kağızı bükümündə tütün hissəcikəri təmiz çəkisi 0,11 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, tədiqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Nadir Alıyev....” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd ödəniş qəbzi kağızı bükümündə tütün hissəcikləri təmiz çəkisi 0,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana məhv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertizasında Mərkəzinin aparılmış ekspertiza xərcləri 32,40 (otuz iki mnat qırx qəpik) Şəxs tutularaq X2, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** hesabına köçürülüsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-46/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-46/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver