Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-50/2023 08.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis baş leytenantı X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Təvəkkül oğlunun iştirakı ilə, xx.xx.1951-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, Daşkəsən rayonu Nizami küçəsi ev 10-da yaşayan, Şəxs Təvəkkül oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Təvəkkül qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 08 fevral 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Təvəkkül qızı 2022-ci ilin noyabr-dekabr aylarında müxtəlif iş saatlarında müxtəlif adda qida məhsullarını Daşkəsən rayonunda Oba marketindən oğurlayaraq marketə 200 manat maddi ziyan vuraraq, xırda talama hərəkətləri etmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, halhazırda Oba marketlər şəbəkəsində adminstrator vəzifəsində işləyir və barəsində şikayət etdiyi Sara adlı qadının bir neçə ildir Oba marketindən alış-veriş etdiyini lakin, yaxın müddət ərzində marketdən alış-veriş etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Oba merketdən alış-veriş edən zaman o, Saranın əlavə olaraq bir neçə ərzaq oğurlamasını aşkar etmişdir. Bununla bağlı Saraya yaxınlaşaraq ona iradını bildirmiş lakin, Sara marketdən heç nə oğurlamadığını bildirmişdir.Daha sonra marketin kameralarına baxan zaman həqiqətəndə Saranın 10 gün ərzində ümumilikdə 200 manat məbləğində marketdən ərzaqlar oğurlamasını aşkar etmiş və Sara barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Daşkəsən RPŞ-nə ərizə ilə müraciət etmişdir.Hal-hazırda ona dəymiş ziyan Şəxs Təvəkkül qızı tərəfindən tam ödənilmişdir. Bununla bağlı Şəxs Təvəkkül qızına qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Təvəkkül qızı izahatında göstərdi ki, 2022-ci ilin noyabr-dekabr aylarının müxtəlif vaxtlarında müxtəlif ərzaq məhsulları oğurladığını və etdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Dəymiş ziyanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödəmişdir. Əməlindən peşmandır.Bir daha belə hallara yol verməyəcəyinə dair söz vermişdir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş əlavə edilmiş Daşkəsən RPŞ-nın TQ-nın təhqiqatçısı, polis kapitanı Hüseyn Qasımov HK-1/16 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Təvəkkül qızının əməllərində AR CM-nın 177.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Təvəkkül qızının əməllərində AR İXM-nın 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində olan qərarın surəti Daşkəsən RPŞ-nın İTB-sına göndərilmişdir. İş əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Təvəkkül qızı ona dəymiş ziyan tam olaraq ödəmiş və onunla barışmışdır. Bu səbəbdən onun Şəxs Təvəkkül qızına qarşı heç bir tələb və şikayəti yoxdur. İş əlavə edilmiş Şəxs Təvəkkül qızı tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödəmiş və onunla barışmışdır. Zərər çəkmişin ona qarşı heç bir tələb və şikayət yoxdur. Protokol tərtib edən şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, Şəxs Təvəkkül qızının AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş ziyanı tam ödədikdə və zərərçəkmişlə barışdıqda) əsasən xitam verilsin. Bələ ki, inzibati işin məhkəmə araşdırılıması zamanı müəyyən edilmişdir ki, oğurlandığı qeyd olunan ərzaq məhsulları Daşkəsən rayonu Oba marketdə satış üçün qoyulmuşdur. Həmin ərzaq məhsullarını Şəxs Təvəkkül qızı oğurlamışdır.Zərərçəkmişin ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənmiş və onun inzibati xəta törətmiş Şəxs Təvəkkül qızına qarşı heç bir tələb və şikayəti yoxdur. Buna görə də heç bir inzibati və ya digər məsuliyyətə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.0.10-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmişlə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə inzibati xətanın predmeti olan ərzaq məhsulları, dəymiş ziyanı tamamilə ödənildiyi üçün AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulan xırda talama əməli kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs Təvəkkül qızının əməlində AR İXM-nin 227-ci madddəsinin tərkibinin əlamətləri AR İXMnin 53.0.10-cu maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və Şəxs Təvəkkül qızı inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 53.0.10, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Təvəkkül qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş ziyanı tam ödədikdə və zərərçəkmişlə barışdıqda) əsasən xitam verilsin və Şəxs Təvəkkül qızı inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-50/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-50/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver