Məhkəmə qərarları › İş №3(030)-51/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-51/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-51/2023 08.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Daşkəsən rayonu, Quşçu kəndinin mərkəzində yerləşən mağazada Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr və ünvansız nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis leytenantı X4 izahatında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə bir qədər spirtli içki olan araq içmişdir. Daha sonra kəndin mağazasına getmiş və Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. İçkili olduğu üçün özündə olmamış və sonuncuya qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən son dərəcə peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2023-cü il 16:00-da tarixdə Quşçu kəndində yerləşən mağazadan alış-veriş edən zaman Şəxs ona nə üçün salam vermədiyini deyərək və daha sonra nalayiq ifadələr işlətmiş, onu söyərək mağazanı tərk etmişdir. Bundan sonra o, ərazinin sahə rəisinə bu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 05 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon Quşçu kəndində yerləşən mağazada Zərərçəkmiş şəxs söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərəçəkmişin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxsnın barəsində AR İXM-nin 510cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Daşkəsən rayonu Quşçu kəndinin ərazisi ictimai yerdir. Əmirov X2 Adilə Nəsir qızını söyərək narahat olmasına səbəb olmuş və nəticədə ictimai qaydanı pozaraq AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törətmiş olduğu əməldən səmimi peşman olmasını, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddяsиnиn sanksиyasыnda nяzяrdя tutulmuш cərimə növündə inzibati tənbeh edilməsi məqsədə uyğundur. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar